Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında

Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında

03.09.2026 [17:05]

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında U-21 Avropa çempionatı start götürüb.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 7 üzvü tatami üzərinə çıxıb.

Onlardan Ayxan Mirzəzadə (60 kiloqram) və Məhəmməd Musayev (66 kiloqram) finala yüksəliblər. Xədicə Qadaşova (57 kiloqram) isə bürünc medal uğrunda təsəlliverici görüşə vəsiqə qazanıb.

Nərgiz Əhmədova, Gülyaz Musayeva (hər ikisi 48 kiloqram), Aysun Məmmədova (52 kiloqram) və Aytən Verdiyeva (57 kiloqram) isə ilk görüşdə məğlub olublar.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək çempionatda 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edir. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30