“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”
06.05.2014 [09:08]
Qaradağ rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib
Dünən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbiri giriş nitqi ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib ki, dünyada insan üçün ən böyük nemət azadlıq, dövlət üçünsə müstəqillikdir, əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu xoşbəxtliyin dəyəri ölçüyəgəlməzdir: “Azərbaycan xalqı üçün xoşbəxtliyin belə yüksək zirvəsinin fəthi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət etmiş, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışmış, mümkün olan hər seyi etmişdir. Heydər Əliyev azərbaycanlı olduğu ilə həmişə fəxr edirdi. Azərbaycan xalqı bütün dünyanın qibtə edəcəyi Heydər Əliyev kimi rəhbəri, Ümummilli lideri olduğu üçün xoşbəxtdir. İndi də ona görə xoşbəxtdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursa Onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən möhkəm və sarsılmaz təminat yaradılmışdır”.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan tarixinin Heydər Əliyev dövrünün təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmədiyini, mahiyyətcə yeni tarixin formalaşması kimi tarixə həkk olunduğunu vurğulayıb. O, deyib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yaradıb: “Heydər Əliyevin tarixi rolu və xidmətləri daha çox, qeyri-adi istedad və yaddaşa, universal biliyə, tükənməz səbrə və ən nəhayət mahir liderlik keyfiyyətlərinə malik olması ilə əlaqədardır. Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Məhz buna görə xalqımız Ulu öndərin adını milli tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edib”.
Digər natiqlər də öz çıxışlarında Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər. Qeyd edilib ki, 1969-cu ildə Onun Azərbaycana rəhbər seçilməsi, əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafı bu gün də yüksək dinamika ilə davam edir.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

