/ / “Azərbaycanın informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” mövzusunda “dəyirmi masa” keçirilib
“Azərbaycanın informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” mövzusunda “dəyirmi masa” keçirilib
06.09.2014 [09:45]
Sentyabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən tədbirdə qəzetlərin, informasiya agentliklərinin baş redaktorları, internet xəbər portallarının rəhbərləri iştirak ediblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, bu tədbirin məqsədi avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə müzakirə olunan məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdır. O deyib: “Biz bu tədbirdə daha çox bundan sonra neyləməli olduğumuzu müzakirə edib, media rəhbərlərinin konkret təkliflərini dinləyəcəyik. Ümummilli məsələlərdə kütləvi informasiya vasitələri eyni mövqedən çıxış etməlidir. Təəssüf ki, cəbhə bölgəsindən gələn xəbərlərdə kifayət qədər anlaşılmazlıq, dağınıqlıq var. Yanlış xəbərlər ictimaiyyət arasında çaşqınlıq və ruh düşkünlüyü yaradır”.
Bəzi saytlardan nümunələr gətirən Ə.Amaşov vurğulayıb ki, hansı istiqamətdə hansı kəndlərin alınması, ordu hissələrinin dislokasiyası, əsgərlərimizin yaralanması ilə bağlı məlumatlar həmin vaxt açıq şəkildə yayımlandı. Bu da cəmiyyətdə ajiotajın yaranmasına səbəb oldu. Bu, qeyri-peşəkarlıq və naşılıqdır.
Bildirilib ki, tədbirdə səsləndiriləcək təkliflər ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunacaq.
Ə.Amaşov media təmsilçilərini ümummilli məsələlərdə həmrəy olmağa, milli maraqları qorumağa, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ məsələsinə həssaslıqla yanaşmağa çağırıb.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov avqustun əvvəlində ermənilərin cəbhə xəttində törətdikləri təxribat zamanı medianın peşəkarlıq probleminin üzə çıxdığını bildirib. O deyib ki, bu prosesdə qeyri-peşəkarlarla yanaşı, məhz qəsdən və planlı şəkildə təxribat xarakterli informasiyalar yayanlar da olub. Bu, yolverilməzdir və belə məqamlarda hər şey ciddi nəzarət altında olmalıdır. İlk növbədə, hərbi sahədə yazmaq qabiliyyətinə malik olmaq lazımdır. Həmin məlumatlar Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməli və təhlil olunmalıdır. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də çıxışında yalan xəbər yazan resurslarla bağlı həm Mətbuat Şurasının, həm də qanunvericiliyin tələblərinə uyğun sərt addım atılmasını təklif edib.
O bildirib ki, bütövlükdə qanunun tam aliliyi bütün mətbu orqanlar üçün tətbiq olunmalıdır. Ünvansız, mənşəyi və müəllifi bəlli olmayan saytlarla bağlı ciddi ölçü götürülməlidir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, elektron kütləvi informasiya vasitələrinin qeydiyyat məsələsinə yenidən baxılmalıdır. İnformasiya agentlikləri, qəzetlər qeydiyyatdan keçirlər, amma saytlarda vəziyyət fərqlidir. Onlar yalnız domen alıb fəaliyyətə başlayırlar və məlum olur ki, həmin saytlar bir çox hallarda xaricdən idarə olunur. O, saytların qeydiyyat məsələsinə yenidən və ciddi şəkildə baxılmasını təklif edib.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə mediadakı problemlərdən danışıb. O, qeyd edib ki, jurnalistlərin ixtisaslaşmasına ehtiyac var. Bu gün Azərbaycanda azad media mövcuddur. Bizim əsas problemimiz ondadır ki, istənilən məlumat mətbuatda ictimailəşə bilir. Biz daim bu məsələlərlə məşğul olmalıyıq. Təəssüf ki, bu gün kütləvi informasiya vasitələrində vətənpərvərliklə bağlı yazılar dərc olunmur. Bu haqda düşünməyə ehtiyac var.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də sosial şəbəkələrin və medianın ermənilərin cəbhə xəttindəki təxribatı zamanı fəaliyyətinə nəzər salıb. O, belə məqamlarda dövlət strukturlarının mətbuat xidmətlərinin də KİV-lə onlayn rejimdə işləməsinin vacibliyini vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı, AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və başqaları çıxış edərək fikirlərini səsləndiriblər.
Bildirilib ki, mətbuatın azad olması heç də hər şeyi, xüsusilə yalan məlumatları yazması demək deyil. Bu problemlərin həlli üçün jurnalistlər məsuliyyətli olmalı və ixtisaslaşmalıdırlar. Artıq ixtisaslı və peşəkar hərbi jurnalist kateqoriyasının formalaşmasının vaxtı çatıb.
Çıxış edənlər müvafiq qurumların mətbuat xidmətlərinin iş rejiminin operativləşməsinin vacibliyini vurğulayıblar.
Onlar dünya təcrübəsindən, hərbi vəziyyətlərdə başqa ölkələrdəki media qurumlarının iş prinsipindən misallar gətirib, milli informasiya təhlükəsizliyi üzrə dövlət proqramının hazırlanmasının vacibliyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38

