Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olundu

Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olundu

11.09.2026 [15:49]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkanın açılışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri, digər qurumlardan nümayəndələr, işəgötürənlər, işaxtaran şəxslər iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, məşğulluğun təminatı sahəsində tədbirlərin də uğurla davam etdirildiyini vurğulayıb. Aktiv məşğulluq tədbirlərindən biri olan əmək yarmarkalarının təşkilinin davamlı xarakter aldığı, bu yarmarkaların məşğulluğun təminatında önəmi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində məşğulluğun təmin olunmasına aktiv şəkildə dəstək göstərən işəgötürənlər 4 nominasiya üzrə mükafatlandırılıblar.

“Azerbaijan International Mining” şirkəti “Göndəriş əsasında ən çox işə qəbul həyata keçirən ən aktiv özəl sosial tərəfdaş”, “AzCotton” MMC “Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Zəfər Bağları” MMC “Əmək və Məşğulluq” altsisteminə ən çox vakansiya daxil edən özəl sosial tərəfdaş”, “Qarabağ Tekstil Evi” MMC isə “Peşə hazırlığının təşkilinə ən fəal dəstək verən işəgötürən” nominasiyaları üzrə təltif ediliblər.

Əmək yarmarkasında dövlət və özəl sektora aid 26 müəssisə tərəfindən mühəndis, həkim, tibb bacısı, laborant, mühasib-xəzinədar, satıcı-kassir, xidmət rəisi, elektromexanik, elektrik, qaynaqçı, aşpaz, qeydiyyatçı, dərzi, satınalma mütəxəssisi, çörəkçi, anbardar, çeşidləyici, sürücü, traktorçu-mexanizator və digər peşə istiqamətləri üzrə 222 vakansiya təqdim olunub. Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb, habelə tədbir iştirakçılarına Agentliyin aktiv məşğulluq proqramları barədə məlumatlar verilib.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əmək yarmarkası çərçivəsində səyyar qəbul keçirib, tədbirə gələn vətəndaşların müraciətlərini dinləyib. Onların məşğulluq məsələlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Paylaş:
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30