/ / Cavid Osmanov: Yeni Azərbaycan Partiyasının VI Qurultayı ölkəmizin ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biridir
Cavid Osmanov: Yeni Azərbaycan Partiyasının VI Qurultayı ölkəmizin ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biridir
10.02.2018 [00:58]
“Yeni Azərbaycan Partiyasının (YAP) VI Qurultayı ölkəmizin ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biridir. Qurultayın partiyamızın Sədri, cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında qəbul etdiyi qərar Azərbaycan cəmiyyətinin mütləq mövqeyidir”. Bu fikirləri yap.org.az saytına YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, öz sıralarında 700 min nəfərdən çox insanı birləşdirən YAP ümumxalq partiyası statusu qazanıb. Çünki Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu partiyanın amalı xalqımıza və dövlətimizə xidmət etməkdən ibarət olub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP daha da güclənərək regionun ən böyük siyasi qüvvəsinə çevrilib.
“Əlbəttə ki, ümumxalq partiyasının qurultayında qəbul olunan qərar bilavasitə xalqın mövqeyini ifadə edir. Hazırda cəmiyyətimizdə bu qərar geniş müzakirə olunur və çox yüksək qiymətləndirilir. Cənab İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycana rəhbərlik etdiyi müddət ərzində ölkəmiz bütün sahələr üzrə misilsiz nailiyyətlər qazanıb. Məhz Prezidentimizin siyasətinin nəticəsidir ki, ötən 15 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib, sosial-iqtisadi göstəricilər dəfələrlə artıb, eləcə də beynəlxalq müstəvidə mövqeyimiz daha da güclənib. Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilib. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı qlobalmiqyaslı layihələri reallaşdırmaq mümkün deyil. Təkcə bu fakt Prezident İlham Əliyevin siyasətinin nə qədər yüksək nəticələr verdiyini göstərir. Çünki əldə olunan bu nəticələr məhz cənab Prezidentin düşünülmüş, qətiyyətli siyasəti sayəsində əldə olunub. Bu baxımdan, qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsinin ölkə vətəndaşları tərəfindən böyük sevinclə qarşılamasının ciddi əsasları var. İnanırıq ki, bu seçkilər də azad və demokratik şəkildə baş tutacaq. Rəhbərlik etdiyim YAP Ağdaş rayon təşkilatı da seçki kampaniyasına fəal şəkildə hazırlaşır və partiyanın İcra Katibliyinin bütün tövsiyə və tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışacaq”, - deyə C.Osmanov qeyd edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

