Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İstanbulda meşə yanğını, Türkiyənin müvafiq qurumları səfərbər edilib

İstanbulda meşə yanğını, Türkiyənin müvafiq qurumları səfərbər edilib

21.07.2024 [18:25]

İstanbulun məşhur Aydos meşələrində yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, İstanbul Valiliyi hadisə ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, yerli vaxtla saat 14:00 radələrində İstanbulun Pendik bölgəsində yerləşən Aydos meşələrində başlayan yanğına şəhərin meşə təsərrüfatı baş idarəsi və digər aidiyyəti qurumlar tərəfindən müdaxilə edilir. Yanğının qarşısının alınması üçün bölgəyə iki xüsusi təyyarə, dörd helikopter, eləcə də AFAD başda olmaqla bütün müvafiq qurumların əməkdaşlarının daxil edildiyi 159 nəfərdən ibarət 78 qrup cəlb olunub. Küləyin təsiri nəticəsində yanğın sürətlə yayılıb və dörd hektar meşə ərazisi zərər görüb. 

Yanğınla bağlı ölkə mətbuatında yer alan xəbərlərdə alovun yaşayış bölgələrinə yaxınlaşdığı bildirilir.

Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30