Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pakistanda terror aktları nəticəsində ölənlərin sayı 73-ə çatıb

Pakistanda terror aktları nəticəsində ölənlərin sayı 73-ə çatıb

27.08.2024 [11:51]

Pakistanın Bəlucistan əyalətində silsilə terror aktları nəticəsində azı 73 nəfər həlak olub. 

AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Qeyd olunur ki, avqustun 26-na keçən gecə baş verən ən kütləvi terror aktları təbii sərvətlərlə zəngin olan cənub-qərb əyalətinin Pakistanın tərkibindən çıxarılmasına çalışan separatçı radikal qruplar tərəfindən törədilib. 

Silahlıların hücumları nəticəsində regionun inzibati mərkəzi ilə Pakistanın qalan hissəsi arasında qatarların hərəkəti dayandırılıb. Ekstremistlər Pakistanı İranla birləşdirən dəmir yolunu da partladıblar.

Bəlucistanda silsilə terror aktları avqustun 25-i axşam saatlarında başlayıb. Radikalların hədəfləri orduya çağırış məntəqələri, polis məntəqələri və əyalətin nəqliyyat infrastrukturu olub. Gün ərzində on şəhərdə terror aktları qeydə alınıb. Hücumlara görə məsuliyyəti Pakistanda qadağan edilmiş Bəlucistan azadlıq ordusu öz üzərinə götürüb.

Paylaş:
Baxılıb: 665 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30