Dünyanın ilk nüvə saatının prototipi hazırlanıb
07.09.2024 [11:14]
Alimlər nüvə saatında tələb olunan əsas komponentləri müəyyənləşdiriblər və ilk prototipi istehsal ediblər.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, vaxtı daha dəqiq ölçməsi gözlənilən nüvə saatları üzərində çoxdan işlənsə də, qarşıda çətin maneələr var idi. Atom saatları atomdakı elektronların enerji vəziyyətini dəyişdirərək işləyir. Bu yüksək və aşağı enerji keçidləri zamanı atomlar növündən asılı olaraq çox dəqiq tezlikdə enerji buraxırlar. Qabaqcıl saatlar bu tezliyi aşkar etmək və ölçməklə hazırlanır. Sezium, ümumiyyətlə, atom saatlarında istifadə edilərkən, stronsium elementinin daha dəqiq nəticələr verdiyi də görülür.
Nüvə saatlarının prinsipi elektronlar deyil, atom nüvəsindəki enerji dəyişiklikləri vasitəsilə vaxtı ölçməyə əsaslanır. Atomdan 100 min dəfə kiçik olan nüvədəki enerji dəyişikliyinin daha dəqiq ölçülər verməsi gözlənilir. Alimlərin bu məqsədə çatmaqda qarşılaşdıqları əsas maneələrdən biri atom nüvələrinin enerji vəziyyətini dəyişdirə bilməmələri idi. Torium elementinin torium-229 izotopunun nüvəsində enerji dəyişikliyi yaratmaq nisbətən daha az enerji tələb etdiyi üçün bu, diqqət mərkəzində idi. Bu il tədqiqatçılar əsaslı addım ataraq torium-229-un atom nüvəsinin enerji vəziyyətini dəyişməyə nail olublar. Tədqiqat aparan komanda bu uğura əsaslanan ilk atom saatı prototipini hazırlayıb.
Tədqiqatçılar kalsium flüoridindən kristal düzəldərək içərisinə torium atomunun nüvəsini yerləşdiriblər. Daha sonra bu kristalı stronsium əsaslı atom saatına yerləşdirdilər və ultrabənövşəyi işığa məruz qoyublar. Bu prototip zamanı mövcud atom saatlarından daha dəqiq ölçməyib, lakin bu, ona doğru atılmış mühüm addımdır. Komanda bildirib ki, tədqiqatdakı mexanizm tam nüvə saatı olmasa da, onun əsas komponentlərini ehtiva edir.
Vyana Texniki Universitetindən Torsten Şum həmmüəllifi olduğu araşdırma haqqında deyib: “Bu ilk prototiplə biz sübut etdik ki, torium ultra yüksək dəqiqliklə vaxtı ölçmək üçün istifadə edilə bilər. Yalnız texniki inkişaf işləri qalıb və başqa heç bir əsas maneə gözlənilmir. Təqdim etdiyimiz kəskin ölçmələrlə nüvə saatları kainatın sirlərinin açılmasına, həmçinin GPS və internet sürətinin yaxşılaşdırılmasına töhfə verə bilər”.
Məqalənin digər müəllifi, fizik Jun Ye bildirib: “Milyardlarla il işləsə belə, bir saniyəsini qaçırmayan bir qol saatı təsəvvür edin. Biz hələ tam orada deyilik, lakin bu araşdırma bizi o dəqiqlik səviyyəsinə yaxınlaşdırır”.
Bu texnologiyanı atom saatları ilə müqayisə edərək, komanda əlavə edib: “Nüvə saatları atomun elektron qabığında baş verən elektron keçidindən fərqli olaraq atomun nüvəsindəki nüvə keçidinə əsaslandığı üçün nüvə saatları vəziyyətlərə daha az həssas ola bilər”.
Digər sadə səbəb odur ki, toriumdakı nüvə keçid tezliyi əksər atom saat tezliklərindən daha yüksəkdir. Ümumiyyətlə, daha sürətli işləyən saat vaxtı daha dəqiq ölçür.
Tədqiqatçılar iki-üç il ərzində atom saatlarını üstələyən nüvə saatlarının hazırlanacağını düşünürlər.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

