Parisdən növbəti absurd iddia...
14.09.2024 [09:17]
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Bu baxımdan, xüsusilə Fransa öndə gedir. Görünən odur ki, Fransa ermənilərdən çox ermənilik edir. Bu ölkə əsassız olaraq ölkəmizin imicinə zərbə vurmağa çalışır. Rəsmi Parisin öz vətəndaşlarına Azərbaycana səyahət etmək xəbərdarlığı da bunun daha bir göstəricisidir. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirərək ölkəmizə dair açıqladığı sərt səyahət xəbərdarlığı ən azı təəssüf doğurur.
XİN: Parisin bu qərarısual altına almağa ixtiyarı yoxdur
Azərbaycan Fransa vətəndaşlarının hansı səbəblərdən saxlanıldığını rəsmi səviyyədə bəyan edib. Lakin Paris məsələyə qərəz prizmasından yanaşmaqda davam edir. Rəsmi Bakının bəyan etdiyi kimi, Fransa tərəfindən verilmiş bu cür əsassız, qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir. Bütün bunların fonunda Fransanın Avropa və Xarici İşlər Nazirliyi yenə də bu ölkənin vətəndaşı Teo Klerkə qarşı guya ayrı-seçkilik edilərək onun barəsində məhkəmə tərəfindən “haqsız qərar verilməsi” barədə bəyanat verib.
Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) münasibət bildirib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə deyib ki, özünü “hüquqi dövlət” adlandıran Fransanın bununla Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbuledilməzdir. Fransa tərəfindən səsləndirilən iradların heç bir əsası yoxdur. Məlumdur ki, Azərbaycanda indiyə qədər yalnız Fransa vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Teo Klerk Bakı Metrosunda törətdiyi əmələ görə saxlanılıb.
Teo Klerk Fransada da oxşar əmələ görə cəzalandırılıb
XİN-in rəsmi nümayəndəsinin dediyi kimi, dövlət əmlakına qəsdən ziyan vuran Fransa vətəndaşına, həmçinin digər şəxslərlə bağlı verilən hökm məhkəmənin səlahiyyətindədir və Parisin bu qərarı sual altına almağa ixtiyarı yoxdur. Fransa vətəndaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin əmlakı qəsdən məhvetmə və ya zədələmə maddəsi ilə azadlıqdan məhrum olunub. Qeyd edək ki, bu kimi əməllərə görə Teo Klerk əvvəllər Fransada da cəzalandırılıb və ona cərimə tətbiq olunub. Ümumilikdə, istintaqın və məhkəmənin gəldiyi qənaətə görə, Fransa vətəndaşı cinayətin törədilməsində xüsusi təşəbbüskarlığı və fəallığı ilə seçilib. Həmçinin məhkəmə istintaqı zamanı onun verdiyi ifadələrin işin obyektiv halları ilə uyğunluq təşkil etmədiyi də məlum olub. Eyni əmələ görə əvvəllər müəyyən məbləğdə cərimə edilsə də, Azərbaycan Respublikasında bu xarakterli əməllərin qeyri-qanuniliyindən məlumatsız olması ilə bağlı Teo Klerkin məhkəməyə verdiyi qeyri-səmimi ifadələri, o cümlədən törətdiyi əməldən peşman olmamasını onun digər iki şəxslə müqayisədə cəzasının daha ağır olmasını şərtləndirən amillər kimi sadalamaq mümkündür.
A.Hacızadə onu da deyib ki, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquq pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyətləri hər kəsə məlumdur. Buna görə də Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı.
Parisin bu siyasəti özünə ziyandır
Bütövlükdə, rəsmi Parisin Azərbaycana qarşı əsassız iddiası, sözsüz ki, münasibətləri daha da gərginləşdirmək cəhdindən və Ermənistanın xoşuna gəlməkdən başqa bir şey deyil. Fransa bununla özünü Ermənistana dost kimi göstərərək direktivlərini icra etdirməyə çalışır. Halbuki, əslində, irqi-dini ayrı-seçkilik, o cümlədən islam?fobiya Fransanın özündə tüğyan edir. Eləcə də Fransa bu gün ədəbiyyatı, mədəniyyəti ilə deyil, kolonist siyasəti, müstəmləkəçiliyi ilə seçilir. Fransanın Azərbaycana qarşı bu ritorikası, həm də mövcud Makron hökumətinin uğursuzluğunu göstərir. Belə ki, Makron peşəkar siyasətçi olsaydı, anlayardı ki, Cənubi Qafqazda Azərbaycanla münasibətlərə önəm verilməlidir. Çünki Azərbaycan bu regionun lideridir. Amma Makron hakimiyyəti bunun əksini edərək münasibətləri daha da gərginləşdirir. Belə siyasət isə ilk növbədə Fransanın özü üçün ziyanlıdır.
NARDAR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

