Zelenskinin ABŞ-a səfəri..
20.09.2024 [11:03]
Ukrayna lideri prezidentliyə namizədlərlə hansı məsələləri müzakirə edəcək?
BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Rusiya-Ukrayna müharibəsi əsas müzakirə mövzularından biri olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski sessiyada iştirak etmək üçün Birləşmiş Ştatlara səfər edəcək. O, sentyabrın 24-də BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək. Təhlükəsizlik Şurasının iclası Rusiya-Ukrayna müharibəsinə həsr olunacaq və dünya liderlərinin BMT Baş Assambleyasının illik sessiyasında Nyu-Yorkda olacağı vaxtda keçiriləcək. İclas ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Cənubi Koreya və Malta tərəfindən çağırılıb. Sentyabrın 25-də isə Zelenski BMT Baş Assambleyasında çıxış edərək, Ukrayna üzrə sülh planını təqdim edəcək.
ABŞ Prezidenti Cozef Bayden isə BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək. Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Baydenin Volodimir Zelenski ilə görüşəyini də təsdiqləyib. Bundan əlavə, prezidentlik uğrunda mübarizə aparan Kamala Harrislə Donald Trampın da Zelenski ilə görüşü gözlənilir. Belə ki, ABŞ-ın keçmiş lideri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp jurnalistlərin “Zelenski ilə görüşəcəksinizmi?” sualına “Böyük ehtimal ki, bəli” cavabını verib. ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris də gələn həftə ABŞ-a səfəri zamanı Volodimir Zelenski ilə görüşməyi planlaşdırır. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Amma məsələ ondadır ki, Trampla indiki ABŞ adminsitrasiyasının Ukrayna böhranının həlli üçün yanaşmaları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. D.Tramp dövlət başçısı seçiləcəyi təqdirdə müharibəyə tezliklə son qoyacağını bəyan edib. Hələ bu ilin iyul ayında Tramp Zelenski ilə telefon söhbətini “çox yaxşı telefon danışığı” kimi dəyərləndirmişdi. “ABŞ-ın növbəti prezidenti olaraq mən dünyaya sülh gətirəcəyəm. Çoxlu sayda insanın həlak olduğu və saysız-hesabsız günahsız ailənin didərgin düşdüyü bu müharibəyə son qoyacağam”, - deyə keçmiş dövlət başçısı bildirmişdi. Tramp iddia edib ki, onun prezidentliyi dövründə müharibə təhlükəsi olmayıb və Rusiya heç vaxt Ukraynanı işğal etməyəcəkdi.
Respublikaçı namizədin fikrincə, Ukrayna münaqişəsi zamanı dünya daha təhlükəli olub və buna görə ABŞ-ın hazırkı prezidenti Co Baydeni günahlandırıb. Tramp hesab edir ki, Bayden öz hərəkətləri ilə Rusiya və Çinin yaxınlaşmasına töhfə verib və hazırda iki ölkə sıx ittifaqda fəaliyyət göstərir. “Bloomberg” isə yazıb ki, D.Trampın planına Ukraynanı hərbi yardımı kəsmək təhlükəsi altında Moskva ilə danışıqlara məcbur etmək daxildir. Digər tərəfdən, Tramp Ukraynaya silah tədarükünü artıracağı ilə hədələməklə Rusiyanı danışıqlar masasına oturtmaq niyyətindədir.
Hər iki namizəd daha əvvəl Ukraynadakı müharibə ilə bağlı strategiyalarını açıqlasa da, əslində, həm Donald Trampın, həm də Kamala Harrisin açıq bəyanatları onların necə hərəkət edəcəklərini əks etdirmir. Baydenin seçki kampaniyasından geri çəkilməsindən sonra Kamala Harris Ukraynadakı müharibə ilə bağlı hələlik heç bir ciddi açıqlama verməyib. Bununla belə, o, bu ilin iyununda İsveçrədə keçirilən Qlobal Sülh Sammitində çıxışı zamanı bildirib ki, Amerikanın strateji maraqları Ukraynaya güclü dəstəkdir.
Bir neçə gün öncə Kamala Harrislə Donald Tramp arasında keçirilən debatda da Ukrayna müharibəsinə toxunulub. Tramp bir daha bəyan edib ki, o, dövlət başçısı seçilərsə, andiçmədən əvvəl Rusiya-Ukrayna münaqişəsinə son qoya biləcək. Ukraynadakı münaqişəni dəqiq necə bitirməyi planlaşdırdığı sualına cavab verən Tramp Rusiya və Ukrayna prezidentləri arasında danışıqları təşkil edəcəyinə söz verib.
Kamala Harris isə cavab olaraq bildirib ki, Tramp ABŞ prezidenti olsaydı, Ukrayna artıq uduzmuş olardı. O qeyd edib ki, Co Baydenin dövründə ABŞ Ukrayna tərəfinə kömək etmək üçün 50 ölkədən ibarət koalisiya yarada bilib: “Tramp prezident olsaydı, Putin artıq Kiyevdə oturardı. Və bu təkcə Ukraynaya aid deyil. Ona görə də bütün müttəfiqlərimiz onun prezident olmamasına sevinirlər”. Harris əmin edib ki, Trampın Ukrayna cəbhəsində hərbi əməliyyatları 24 saat ərzində dayandırmaq planı yalnız Kiyevə yardımdan imtina etməkdən ibarətdir.
Bütün bunların fonunda Zelenski ABŞ-a səfəri zamanı Ukraynanın NATO və Avropa İttifaqına üzvlüyünə dəstək almağa çalışacaq. Eyni zamanda, Zelenski iqtisadiyyat və təhlükəsizliklə bağlı sazişlər bağlayacaq, həmçinin sülh planı çərçivəsində Ukrayna Silahlı Qüvvələri üçün silah təchizatını müzakirə edəcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

