Martinika Yelisey Sarayına yox deyir
28.09.2024 [08:57]
Ada ölkəsinin fransızların gəlişi ilə başlayan qara günləri...
Son günlərdə Martinika Fransanın getdikcə sərtləşdirdiyi neokolonializm siyasətinə qarşı etirazların episentrinə çevrilib. Yeni Kaledoniyadan sonra bu ölkədə də yerli sakinlərin etirazları permanent hal alıb. Qeyd edək ki, Fransanın ərazisinin 18 faizini dənizaşırı koloniyalar təşkil edir. Bu torpaqlarda təxminən 2,6 milyon nəfər əhali yaşayır. Koloniyalar müxtəlif siyasi statuslara malikdir. Müstəmləkələrin siyahısına Atlantik okeanında yerləşən Qvadelupa, Martinika, Sen-Martin, Sen-Bartelemi, Sent-Pyer və Mikelon, Hind okeanında Reunion, Mayotte və Fransız Cənub və Antarktika əraziləri, Sakit okeanda Fransız Polineziyası, Yeni Kaledoniya, Uollis və Futuna, Cənubi Amerikada isə Fransız Qvianası daxildir. Onların ən yaxını Fransadan təxminən 4 min kilometr və ən uzaqda olanı isə 17 min kilometr məsafədə yerləşir.
Martinika da kiçik ada ölkələrindən biridir. Fransa digər koloniyaları kimi, Martinikada da mövcudluğunu təmin etdikdən sonra heç vaxt yerli əhalinin maraqlarından çıxış etməyib. Yelisey Sarayı burada da sümürmə və assimilyasiya siyasətini ən eybəcər formada həyata keçirir ki, bu da kəskin etirazlara səbəb olur.
Sümürmə siyasəti getdikcə daha eybəcər forma alır
Martinika adası Atlantik okeanında, Karib dənizi hövzəsinə aid Kiçik Antil arxipelaqına aid olub Dominikan Respublikasından 25 km cənubda, Sent-Lüsiyadan 37 km şimalda yerləşir. Adanın uzunluğu 73 km, eni isə 39 km-dir. Sahilinin uzunluğu təxminən 350 km-dir. Əhalisinin 90 faizini afrikalılar və afrika-hindu, təxminən 5 faizini Avropa mənşəlilər, qalan 5 faizini isə hindlilər və çinlilər təşkil edir. Müstəmləkəçi nəslinin və yüksək təbəqənin nümayəndələri sayılan Martinikanın ağdərili sakinləri Beke adlandırılırlar. Onlar 30 ailədən və 2600 nəfərdən ibarətdirlər. Dini etiqadına görə əhalisinin 85 faizini katolik, 10,5 faizini protestant, yalnız 0,5 faizini müsəlman və buddistlər təşkil edirlər. Ada Fransaya məxsusdur və onun Dənizaşırı departamentinə daxildir. Rəsmi dil fransız dili, yerli dil isə kreol dili sayılır. Fransa Milli Assambleyasında Martinika 4, senatda isə 2 nümayəndə ilə təmsil olunur.
Adada ilk məskunlaşma e.ə. 4000-ci ilə aiddir. Sonralar e. 100-cü ilindən Venesueladan aravaklar bura köçmüşlər. X əsrdən başlayaraq bura kariblilər gəlmişlər. Martinikanın ilk avropalı sakini onu ilk dəfə 15 iyun 1502-ci ildə dördüncü səyahəti zamanı kəşf etmiş Xristofor Kolumb olub. Adada qızıl tapılmadığından ispanların nəzərindən kənar qalan ada 1635-ci ildən Fransa tərəfindən mənimsənilərək 1648-ci ildə tamamilə satın alınıb. Fransanın müstəmləkəçiliyinə keçdikdən sonra adanın qara günləri başlayıb. Fransızlar burada geniş şəkər qamışı plantasiyaları salmağa başlayıblar. 1660-cı ildə buna qarşı çıxmaq istəyən yerli sakinlər fransızlar tərəfindən birdəfəlik məhv edilirlər. Əvəzində isə plantasiyalarda qul kimi işlətmək üçün adaya Afrikadan qara zəncilər gətirilib.
Həmin dövrdən başlayan sümürmə siyasəti hazırda da davam edir və getdikcə daha eybəcər forma alır. Bu gün Martinika xalqının iqtisadi və sosial ədalət haqları repressiyalara məruz qalır. Fransa hökuməti Martinikanı məcbur edir ki, ticarəti ancaq materik Fransası ilə həyata keçirsin, digər ərazilərlə iqtisadi əlaqələr saxlamasın. Bu da adada qiymətlərin hədsiz dərəcədə qalxmasına səbəb olur. Martinikadakı böyük ticarət şəbəkələri etnik fransızlara mənsub olduğundan onlar bu siyasətdən çoxlu gəlir əldə edir, yerli əhali isə əziyyət çəkir. Bundan başqa, Fransa hökumətinin Martinikaya ayırdığı subsidiyaların əksəriyyəti buraya məqsədli şəkildə köçürülmüş ağdərili fransızlara verilir. Adanın yerli sakinlərinə qarşı diskriminasiya siyasəti həyata keçirilir və onlar iqtisadi yardımdan məhrum qalırlar. Rəsmi Parisin yürütdüyü siyasət adada ədalətsizliyi dərinləşdirir və çox doğru olaraq sosial və iqtisadi məzmunlu repressiya kimi dəyərləndirilir. Məsələn, zəhərli olmasına rəğmən, Fransa tərəfindən Martinikada kənd təsərrüfatı sahəsində hələ də xloredkon istifadə edilir. Nəticədə, Martinikanin torpaqları uzun illərdir ki, zəhərlənməyə məruz qalıb və bir sıra ərazilər yararsız hala gəlib. Qeyd edək ki, Martinikada xərçəng göstəriciləri dünya üzrə ən yüksəkdir.
Yerli sakinlər adada yaşamağın həddən artıq çətin olmasından şikayətlənirlər
Yelisey Sarayının Martinikada həyata keçirdiyi qatı sümürmə siyasətinin kədərli izlərini həyatın bütün sahələrində müşahidə etmək mümkündür. Son dərəcə yüksək inflyasiya adanın bütün sosial qruplarını ciddi sınaqla üz-üzə qoyub. İnsanlar həyat, yaşamaq uğrunda çarpışırlar. Martinikada taksi sürücüləri və ticarətçilərdən sonra yük avtomobilləri (TIR) sürücüləri də bahalığa qarşı etiraz nümayişinə qoşulublar. Yerli sakinlər adada yaşamağın həddən artıq çətin olmasından şikayətlənirlər.
Yerli sakinlər yük avtomobilləri sürücülərinin tətilinə dəstək verərək, qiymət artımını pisləyiblər. Bildirilir ki, şəhərlərarası strateji marşrutların əksəriyyəti bağlanıb. “İlbiz” adlanan əməliyyat daşımalar sektorunda xərclərin artmasına qarşı xəbərdarlıq məqsədi daşıyır. Yük avtomobilləri sürücüləri vəziyyət dəyişməzsə, tələblərini eşitdirmək üçün etirazlarını davam etdirəcəklərini söyləyiblər.
Qeyd edilir ki, səhiyyə sektoru sentyabrın 26-da yeni tətillər planlaşdırıb. Martinika İcraiyyə Şurasının sədri postkolonial iqtisadi sistemin sona çatdığını bildirərək, yerli istehsala üstünlük verməyin vacibliyini vurğulayıb. Martinika Həmkarlar İttifaqları sakinləri qeyri-müəyyən müddətə tətil etməyə çağırıb.
Fransada RER-B sürücüləri tətil edirlər
Fransanın dənizaşırı müstəmləkələrində olduğu kimi, ölkənin daxilində də etirazlar genişlənir. Son vaxtlarda Yelisey Sarayının kəskin siyasi böhranla üzləşdiyi hər kəsə bəllidir. Hakim komandanı təmsil edən “İntibah” partiyasının Avropa Şurası Parlament Assambleyasına və Milli Assambleyaya seçkilərdə acınacaqlı məğlubiyyətə uğramasından sonra bu böhran daha da dərinləşib. Seçkilərdən sonra yeni hökumətin qanunvericiliyə zidd qaydada formalaşdırılması parlament fraksiyaları tərəfindən ciddi təpkilərlə qarşılanıb. Həmin fraksiyalar, eləcə də bütün Fransa cəmiyyəti Makronun demokratiyadan, qanunlardan vaz keçməklə yeni hökuməti formalaşdırmasını qəbul etmirlər. Etirazçılar açıq şəkildə prezidentin seçkilərin nəticələrinə hörmətlə yanaşmadığına və bütövlükdə, səriştəsiz siyasət həyata keçirdiyinə görə hakimiyyətdən getməsinə davamlı çağırışlar edirlər. Artıq parlamentdə Makronun impiçment proseduruna rəsmi qaydada start verilib.
Getdikcə dərinləşən siyasi böhran ölkədə iqtisadi tənəzüllə müşayiət olunur. Xüsusilə də ölkənin borcları kəskin şəkildə artıb, inflyasiya tüğyan edir, əhalinin sosial vəziyyəti durmadan ağırlaşır. Makron müxtəlif manipulyasiyalara əl atsa da, vədlər versə də, bütün bunları gizlətmək mümkün olmur. “Sarı jiletlilər”in bəyan etdikləri payız tətillərinə artıq start verilib. Son olaraq RER-B qatarlarının sürücüləri sentyabrın 24-də bütün gün davam edən tətil bildirişi veriblər. Həmkarlar ittifaqı təhlükəsizlik qruplarının kabinələrdə olan sürücülərə qarşı həyata keçirdiyi “uyğun olmayan nəzarət və müdaxilə prosedurlarına” etiraz niyyətini bildirib.
Beləliklə, sürücülərə qarşı qeyri-adekvat davranışa görə RER-B qatarlarının sürücüləri etirazlarını tətillə ifadə etdirmək qərarına gəliblər. Tətil bildirişi dörd həmkarlar ittifaqı “La baza”, CGT, FO və “Unsa” tərəfindən təqdim edilib.
Dəmir Yolları Milli Şirkəti (SNCF) təhlükəsizlik agentləri tərəfindən iş növbəsi bitmiş RER-B sürücüsü üzərində çox ciddi yoxlamanı aparması həmkarlar ittifaqları və sürücülərin narazılığına səbəb olub. Qeyd edək ki, RER-B Paris metropoliteninin Şimal-Şərq və Cənub-Qərb oxu boyunca bir neçə istiqamətdə marşrutu olan dəmir yolu xəttidir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

