Alimlər planetimizə düşən meteoritlərin mənşəyini tapıblar
19.10.2024 [17:57]
Kosmosdan Yerə düşən qayalar – meteoritlər planetimizin yarandığı təxminən 4,5 milyard il əvvəldən bu günədək bəzi kataklizmlərə səbəb olub. Bəs bu kosmik qayalar tam olaraq haradan gəlir? Alimlərin yeni tədqiqatları bu suala cavab verir.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, uzun illər ərzində Yerə düşən meteoritlərin və Günəş sistemimizi əhatə edən asteroidlərin tərkibini öyrənən astronomların fikrincə, məlum meteorit zərbələrinin təxminən 70 faizi Günəş sistemimizin Mars və Yupiter arasındakı əsas asteroid qurşağında yerləşən üç qrup asteroiddən qaynaqlanır. Ümumilikdə, üç fərqli tədqiqatdan sonra alimlər indi də Yerə doğru istiqamət alan on minlərlə məlum meteoritin əksəriyyətinin mənşəyini izah edə biliblər.
Tədqiqatın bir hissəsi olaraq, astronomlar əsas asteroid qurşağında Günəşin ətrafında fırlanan asteroid ailələrinin formalaşması və təkamülünü modelləşdirməyə imkan verən ədədi simulyasiyalar həyata keçiriblər.
Praqadakı Çarlz Universitetinin astronomu Miroslav Brozun aparıcı müəllifi olduğu və “Nature and Astronomy” jurnalında dərc edilmiş iki tədqiqatda qeyd olunur ki, bu, oxşar orbitlərə malik olan bir qrup asteroiddir, çünki onlar iki asteroidin toqquşması zamanı yaranıblar. Əsas asteroid qurşağındakı toqquşmalar kosmosda təsadüfən uçan qaya parçalarını ətrafa göndərir, nəticədə bəziləri Yerə çarpılır.
Çilidəki Avropa Cənub Rəsədxanasının astronomu Mixael Marssetin “Nature” jurnalında dərc olunan məqaləsində qeyd edilir ki, astronomlara 70 mindən çox meteorit məlum olsa da, onların tərkibinə görə yalnız 6 faizi Aydan, Marsdan və ya əsas asteroid qurşağındakı ən böyük asteroidlərdən biri olan Vestadan gəlib. Digər meteoritlərin mənbəyi naməlum olaraq qalır.
Tədqiqatın nəticələrinə görə, təxminən 40 milyon il əvvəl yaranmış Massalia asteroid ailəsi məlum Yer meteoritlərinin 37 faizini təşkil edən “L xondrit” adlı meteoritlər sinfini təşkil edir, 5,8 milyon il əvvəl yaranmış Karin ailəsi və 7,6 milyon il əvvəl yaranmış Koronis ailəsi isə 33 faiz olan “H xondrit” meteoritlər sinfinə aiddir.
Yerə düşən meteoritlərin daha 8 faizi əsas asteroid qurşağındakı Flora və Nisa asteroid ailələrinə aid edilə bilər. Əvvəlki araşdırmalar göstərdi ki, meteoritlərin 1 faizdən az hissəsi Marsdan və Aydan gəlib. Tədqiqatçılar hələ də məlum Yer meteoritlərinin təxminən 15 faizinin mənşəyini araşdırırlar.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

