İlin ilk doqquz ayında Almaniyaya vizasız daxil olmaq istəyən 53 min nəfər saxlanılıb
28.10.2024 [09:56]
İlin ilk doqquz ayında etibarlı vizası olmadığı halda quru yolu ilə Almaniyaya daxil olmaq istəyən 53 min 410 nəfər saxlanılıb. Polis onların yarıdan çoxunu - 28 min 321 nəfəri sərhəddən geri qaytarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, sərhəddən geri qaytarılanlar arasında ən çox Ukrayna (5935 nəfər), Suriya (4708) və Əfqanıstan (2396) vətəndaşları olublar. Almaniyaya ən çox icazəsiz giriş cəhdi isə İsveçrədən edilib. Belə cəhdlərin sayı 9113 olub. Polşadan 7862, Avstriyadan isə 5468 dəfə Almaniyaya qanunsuz yollarla girişə cəhd göstərilib.
Qeyd edək ki, federal polis daha əvvəl deportasiya edilənlər və ölkədə qalmaq üçün müraciətləri qəbul edilməyən şəxsləri geri qaytarır.
Alman polisinin apardığı sərhəd yoxlamaları nəticəsində ilk doqquz ayda 1195 insan qaçaqmalçısı yaxalanıb. Həmçinin barəsində həbs qərarı olan 7783 nəfər müəyyənləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, Almaniyadan daha əvvəl deportasiya edilən və ölkəyə yenidən girmək istəyən 1482 nəfər də saxlanılıb.
Xatırladaq ki, Almaniyanın daxili işlər naziri Nansi Fezerin qərarı ilə sentyabrın 16-dan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderlandla sərhədlərdə də yoxlamaların aparılmasına başlanılıb. Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından, Avstriya ilə sərhəddə isə 2015-ci ildən yoxlamalar aparılır. Sərhədlərdəki yoxlamaların ümumi nəticələri ilə bağlı hesabatın noyabrın 1-də açıqlanması gözlənilir.
Xəbər lenti
Hamısına baxDin
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22

