Çin daha doqquz ölkə üçün vizasız rejim tətbiq edib
07.11.2024 [14:35]
Daha doqquz ölkənin vətəndaşları Çinə vizasız gedə biləcəklər. Çin səlahiyyətliləri bu ilin əvvəlində başladılan vizasız giriş proqramını Slovakiya, Norveç, Finlandiya, Danimarka, İslandiya, Andorra, Monako, Lixtenşteyn və Cənubi Koreyaya da şamil etməklə genişləndirib. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tszyan mətbuat konfransı zamanı bildirib ki, proqram 2025-ci il noyabrın 8-dən dekabrın 31-dək qüvvədədir.
Yeni proqram 2024-cü ilin yanvarında fəaliyyətə başlayıb və ona tədricən yeni ölkələr əlavə olunur. İlin əvvəlindən o, Avstriya, Almaniya, Fransa, İrlandiya, Hollandiya, İtaliya və İsveçrə də daxil olmaqla 11 Avropa ölkəsinin, həmçinin Malayziya vətəndaşlarına şamil edilib. İyunun sonunda siyahıya Polşa, Avstraliya və Yeni Zelandiya əlavə olunub. Proqramın şərtlərinə görə, ona daxil olan bütün ölkələrin vətəndaşları adi pasportları ilə Çinə daxil ola və 15 günə qədər ölkədə vizasız qala bilərlər.
Bu proqramın genişləndirilməsinin ölkəyə turist axınını artıracağı gözlənilir. 2019-cu ildə, COVID-19 pandemiyasından əvvəl Çinə başqa ölkələrdən təxminən 49,1 milyon turist səfər edib. 2024-cü ilin ilk 7 ayı ərzində ölkəyə gələn əcnəbi turistlərin sayı 17,25 milyon nəfərə çatıb. Bu ilin birinci yarısında isə vizasız giriş proqramına daxil olan ölkələrdən gələn turistlərin sayı 8,5 milyon nəfər təşkil edib. Çinə ümumi turist axını artıb ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 190 faiz çoxdur. Yanvar-sentyabr aylarında Çinə 8,18 milyon xarici turist səfər edib, onlardan 4,9 milyonu ölkəyə vizasız proqram çərçivəsində gəlib. Bu göstərici də ötən illə müqayisədə demək olar ki, 80 faiz artıb. Çinə ən çox səyahət edənlər Cənubi Koreya vətəndaşlarıdır; 2019-cu ildə onların sayı 4,3 milyon, 2023-cü ildə isə 1,3 milyon nəfər olub.
Çində ABŞ, Kanada və Böyük Britaniya da daxil olmaqla 54 ölkənin vətəndaşları üçün nəzərdə tutulmuş başqa bir vizasız giriş proqramı da var. Bu ölkələrin vətəndaşları 37 məntəqədən biri vasitəsilə Çinə daxil olmaq və üçüncü ölkəyə səyahət üçün etibarlı biletə malik olduqda, ölkədə 72 və ya 144 saat vizasız qalmaq imkanı əldə edirlər.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30

