Tramp - Putin görüşü baş tutacaqmı?
24.12.2024 [08:45]
Məlum olduğu kimi, Tramp hələ seçkiqabağı təşviqat kampaniyasında prezident seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirəcəyi vədini vermişdi. Trampın arzusu təmin edilib - o artıq ABŞ Prezidentidir və gələn il yanvarın 20-dən Ağ Evdə vəzifəsinin icrasına başlayacaq. Bəs prezidentlik iddiası təmin olunan Tramp “müharibəni bitirəcəyəm” vədini yerinə yetirəcəkmi və bunu necə edəcək?
Putinlə görüşə bəslənən ümidlər
Trampla Putin 8 il bundan əvvəl görüşüblər. Ötən müddətdə dünyada və Rusiya - ABŞ münasibətlərində çox şey dəyişib. Bununla belə, indiki şəraitdə dünya, eləcə də liderlərin özləri də yeni görüşə böyük ehtiyac olduğu qənaətindən çıxış edirlər. Bu günlərdə Tramp belə bir görüş niyyətində olduğunu dilə gətirib. “Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirmək fürsətini gözləyirəm”, - deyə Ağ Evin yeni sahibi bildirib. Tramp həmçinin Putinin də onunla tez bir zamanda görüşmək istədiyini vurğulayıb: “Prezident Putin mənimlə tez bir zamanda görüşmək istədiyini söyləyib. Ona görə də biz bunu gözləməliyik, amma bu müharibəni bitirməliyik”.
ABŞ-ın yeni lideri Rusiya-Ukrayna münaqişəsini dəhşətli adlandırıb və həmçinin təkrarlayıb ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenin yerinə prezident olsaydı, bu, baş verməzdi.
Moskvanın Trampın “müharibəni bitirəcəyəm” məzmunlu vədinə yanaşması bütövlükdə pozitivdir. Öz növbəsində Putin ABŞ-ın yeni seçilmiş prezidenti ilə görüşə hazır olduğunu bəyan edib. “Mən onunla nə vaxt görüşəcəyimizi bilmirəm. Çünki o bu barədə heç nə demir. Mən onunla dörd ildən çoxdur, ümumiyyətlə, danışmamışam. Əlbəttə, istənilən vaxt onunla görüşməyə və danışmağa hazıram”, - deyə Putin dekabrın 19-da Moskvada “Qostinıy Dvor” sərgi mərkəzində jurnalistlərlə ənənəvi böyük mətbuat konfransında vurğulayıb.
Təbii ki, müharibənin bitməsi ssenarisində liderlərin görüşü çox vacibdir. Görüşün səmərəli və nəticəyönümlü olması isə əsas şərtdir. Artıq Ağ Evin yeni administrasiyası təfərrüatları öyrənməyə, tərəflərin mövqelərini dəqiqləşdirməyə və əlavə məlumatlar toplamağa start verib. Verilən məlumata görə, Trampın Ukrayna üzrə xüsusi elçi vəzifəsinə namizədi Keyt Kelloq yanvarda Kiyevə səfərindən sonra Moskvaya da səfər edə bilər.
Agentliyin qaynağı qeyd edib ki, Keyt Kelloq səfər zamanı London, Paris və Romaya da getməyi planlaşdırır. Onun sözlərinə görə, səfər konkret siyasi məqsədi həyata keçirmək üçün deyil, məlumat toplamaq məqsədi daşıyacaq. Bundan əvvəl isə Kelloqun Moskvaya səfər etmək planının olmadığı bildirilirdi. Görünür, Moskvadan gələn müsbət siqnallar nəzərə alınmaqla xüsusi elçinin səfər marşrutuna Moskvanın da daxil edilməsi gündəmə gəlib. Öz növbəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının Ukrayna istiqamətində hansı siyasəti aparacağını izləyəcək. “Gəlin, seçilmiş prezident Trampın inauqurasiyasını gözləyək. Görək bu yeni administrasiyanın siyasəti Rusiya istiqamətində, Ukrayna istiqamətində necə formalaşacaq. İndi müəyyən əlaqələr üçün cədvəllər və ya planlar haqqında danışmaq üçün heç bir səbəb yoxdur”, - deyə Ryabkov vurğulayıb.
“Tramp planı”...
Trampın “müharibəni bitirəcəyəm” əminliyi səbəbsiz deyil. ABŞ son üç ildə Ukraynanın əsas dəstəkçisi qismində çıxış edib. Əgər ötən dövrdə Kiyev uğursuzluqlara baxmayaraq, cəbhədə müqavimət qabiliyyətini hələ də saxlayırsa, buna görə ilk növbədə Vaşinqtona borcludur. Tramp da bunun fərqindədir. O, Vaşinqtonun Kiyevə təsir imkanlarını nəzərə almaqla “müharibəni bitirəcəyəm” əminliyini ifadə edib.
Müharibəni bitirməyin “Tramp planı” heç də Ukraynanın bütün istəklərinin yerinə yetirilməsi anlamına gəlmir. Hələlik rəsmi Kiyev ölkənin ərazi bütövlüyü, NATO çətiri altında təhlükəsizlik qarantı alınması mövqeyində qalsa da, aydın şəkildə başa düşülür ki, bu şərtlərlə müvəqqəti və yaxud daimi sülh mümkün olmayacaq. Çünki Kiyevin mövqeyində Moskvanın “qırmızı xətt” saydığı məqamlar var və sahədə üstün durumda olan bir ölkənin reallıqlardan vaz keçəcəyi ehtimalı sıfıra bərabərdir. Elə “Tramp planı”nda da cəbhədəki hazırkı vəziyyətin bu və ya digər dərəcədə nəzərə alındığı bildirilir. “El Pais” nəşrinin yaydığı məlumata görə, Tramp Zelenskiyə mesaj göndərərək, atəşkəs və işğal olunmuş ərazilərdən imtina barədə düşünməyə çağırıb. Trampın fikrincə, Ukraynanın torpaqlarını geri almaq istəyini söyləmək asan olsa da, bir çox şəhər artıq ciddi şəkildə dağılıb. “Torpağınızı geri almaq istədiyinizi söyləmək yaxşıdır, amma şəhərlər əsasən dağılıb. Bu şəhərlərin bəzilərinə baxırsan, yaxşı vəziyyətdə olan bir dənə də olsun bina qalmayıb. Bəs siz “ölkəni bərpa edəcəyik” dedikdə... Nəyi bərpa edəcəksiniz? Bu, 110 illik bir rekonstruksiya olacaq”, - deyə Tramp vurğulayıb.
“El Pais” nəşrinin məlumatının səhihliyinə inansaq, əslində Tramp Kiyevdən sülh üçün ərazi itkiləri ilə barışmağı təklif edir. Mövcud reallıqları, o cümlədən də Kiyevin Vaşinqtonun dəstəyini itirəcəyi ehtimalını nəzərə aldıqda Ukraynanın nə qədər çətin durumda olduğu barədə konkret təsəvvür yaranır.
Bu arada Trampın Ukrayna müharibəsini bitirmək və “qarşılıqlı faydalı razılaşma əldə etmək” üçün Arktikadan strateji vasitə kimi istifadə etməyi planlaşdıra biləcəyi barədə xəbərlər də yayılıb. Bu barədə “Responsible Statecraft” nəşri məlumat verib.
Məlumatda bildirilir ki, Arktika Rusiya iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir. Ölkənin ÜDM-nin 10 faizi və ixracatının 20 faizi bu bölgədən əldə edilir.
Tramp Şimal Dəniz Yolundan əldə ediləcək gəlirin bir hissəsinin Ukraynanın bərpası üçün təzminat kimi istifadə olunmasını təklif edə bilər. Bu gəlirlər əsasən Qərb şirkətləri tərəfindən qazanıla bilər.
Nəşr əlavə edir ki, bu yanaşma ABŞ, Kanada, Çin kimi ölkələri marşrutun inkişafına cəlb etməklə həm iqtisadi stimulları gücləndirəcək, həm də müharibənin sona çatmasına töhfə verə bilər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxMədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17

