Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransanın xarici ticarət kəsiri 6,7 milyard avroya çatıb

Fransanın xarici ticarət kəsiri 6,7 milyard avroya çatıb

10.09.2026 [13:25]

Fransanın xarici ticarət kəsiri iyul ayında daha 900 milyon avro artaraq 6,7 milyard avroya çatıb. Gömrük xidməti bu göstəricinin əsas səbəbini idxalın artması ilə əlaqələndirir.

AZƏRTAC xəbər verir ki, iyul ayında Fransanın idxalı 61,3 milyard avro təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 1,1 milyard avro artım deməkdir. Artım əsasən nəqliyyat vasitələri və avadanlıqlarının tədarükünün 700 milyon avroya çatması ilə bağlı olub. İxrac isə daha məhdud artaraq 54,7 milyard avroya yüksəlib. Gömrük xidmətinin məlumatına görə, ixrac cəmi 200 milyon avro artıb.

Ticarət balansında xüsusilə avtomobil sənayesi məhsullarının, daha az dərəcədə isə aviasiya və kosmik sənaye məhsullarının idxalının artması diqqət çəkib. Beləliklə, iyul ayının göstəriciləri Fransanın idxal və ixrac arasındakı fərqinin yenidən genişləndiyini göstərir.

Paylaş:
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30