Ermənistan Avropa İttifaqına üzv qəbul edilərsə, MDB-nin tərkibindən çıxmalı olacaq
10.01.2025 [22:31]
Ermənistan Avropa İttifaqına üzv qəbul edilərsə, MDB-nin də tərkibindən çıxmalı olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov deyib. Senator vurğulayıb ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük digər oxşar təşkilatlarda iştirakla bir araya sığmır. “Yeri gəlmişkən, əgər kimsə Avropa İttifaqına daxil olarsa, bu, təkcə Aİİ ilə deyil, həm də MDB ilə vidalaşmaq deməkdir”, - deyə Klimov izah edib. O, Ermənistanın Avropa İttifaqına üzvlüyünü “absurd” adlandrıb.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da Ermənistanın Avropa İttifaqına daxil olması ilə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağını bildirib. O, nəticədə Ermənistanda qiymətlərin qalxacağını, elektrik enerjisinin bahalaşacağını, ixracın 70-80% azalacağını, vizasız rejim müqabilində əhalinin azalacağını, əhalinin gəlirlərini və iş yerlərini itirəcəyini proqnozlaşdırıb. A.Overçuk İrəvanın Aİ-yə üzvlüyünü “Titanik” gəmisinə bilet almaqla müqayisə edib.
Ermənistan baş naziri Nikol Paşinyanın sosial şəbəkə hesabında İrəvandan Avropa İttifaqı ölkələrinə aviasərnişin daşımalarının 2018-ci ildən etibarən 400 faiz artması barədə yazdığı fikirləri Rusiya KİV-ləri ölkənin “Aİ-yə daxil olmaq üçün yeni arqument” adlandırıblar. Halbuki mətbuatın yazdığına görə, bu göstərici əsasən Moskvadan transfer üçün Zvartnots hava limanından istifadə edən rusların hesabına artıb. Məlum olduğu kimi, Rusiyadan Avropa ölkələrinə birbaşa aviareyslər dayandırılıb.
Xatırladaq ki, Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

