Ukraynalı ekspert: ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsini israr edir
21.01.2025 [11:20]
Tərəfdaş ölkələr, xüsusilə ABŞ Ukraynada parlament və prezident seçkilərinin keçirilməsini israr edirlər.
Bunu AZƏRTAC-a açıqlamasında ukraynalı ekspert İvan Us söyləyib: “Amerika hakimiyyəti fakt kimi qeyd edir ki, ABŞ İkinci Dünya Müharibəsində seçkilər keçirib və heç bir problemlə üzləşməyib. ABŞ müharibə dönəmində seçkilərin keçirilməsi təcrübəsinin söyləyir və bunun qorxulu olmadığını deyir. Ukrayna rəsmiləri isə bəyan edir ki, ABŞ 1944-cü ildə prezidentini seçəndə, aktiv hərbi münaqişə yox idi, Ukraynanın ərazisinin isə bir hissəsi işğal olunub. Aktiv müharibə Ukrayna ərazisində davam edir”.
Ukraynanın mövcud qanunvericiliyinə görə, müharibə zamanı seçkilər keçirilə bilər. “Bəs rəsmi Kiyevi bundan çəkindirən səbəblər nədir?” suala cavabında ukraynalı ekspert bildirib: “Ölkə parlamenti hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi barədə qərar qəbul edə bilər. Ancaq gəlin etiraf edək ki, seçki bir günə keçirilmir. Seçkinin keçirilməsi üçün bir müddət vaxt lazım olur. Bu proses 90 gün davam edir. Bu isə o deməkdir ki, dövlət müharibə zamanı 90 gün ərzində vətəndaşının həm də təhlükəsizliyinə qarant durmalıdır. Başa düşmək lazımdır ki, aktiv müharibə zamanı seçkilər keçiriləndə vətəndaşların təhlükəsizliyinə zəmanət vermək olduqca çətindir. Əgər 90 gün seçki prosesində Rusiya raketləri, dronları hər gün hücum edərsə, vətəndaşların təhlükəsizliyinə təminat mümkünsüzdür. Nəzərə alaq ki, seçki prosesində nə qədər kütləvi tədbirlər də keçirilir”.
İvan Us hesab edir ki, sadalanan bu amillərə görə Ukrayna dövləti bu müddətdə seçkiləri keçirməklə vətəndaşların taleyini risk altına atmaq istəmir.
“Müharibə üzündən nə qədər vətəndaşımız ölkə xaricindədir, bundan başqa insanlar səngərdə vuruşur. Onların səsverməsi real görünmür. Əgər bu il sülh olarsa, bunu da hələ nəzəri söyləmək mümkündür, o halda seçki prosesinin başlanması böyük ehtimalla mümkün olacaq”,-deyə ukraynalı ekspert bildirib.
Qeyd edək ki, Volodimir Zelenskinin 5 illik prezidentlik səlahiyyət müddəti ötən ilin may ayının 20-də başa çatıb. Ölkədə parlament seçkiləri isə 2023-cü ilin payızında keçirilməli idi.
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27

