Qəzzada atəşkəs: girovlar azad edilir...
23.01.2025 [09:35]
İsrail İordan çayının qərb sahilində əməliyyata başladı
İsrail ilə HƏMAS arasında razılaşdırılmış altı mərhələlik atəşkəs prosesi yanvarın 19-dan qüvvəyə minib. İlkin mərhələdə gözlənildiyi və razılaşdırıldığı kimi, girovların qarşılıqlı şəkildə azad olunmasına başlanılıb. Atəşkəsin ertəsi günü İsrail HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəsin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib. İsrail Həbsxanalar Xidmətinin məlumatına görə, fələstinli məhbuslar yanvarın 19-da azad edilən üç israilli girovun müqabilində azad edilib. “The Times of Israel” yazır ki, azadlığa buraxılanların 78 nəfəri İordan çayının qərb sahilinin, 12 nəfəri isə Şərqi Qüdsün sakinidir. “Ynet” portalının məlumatına görə, buraxılanların 69-u qadın, o cümlədən 1-i azyaşlı, 8-i gənc, 12-si isə kişidir. Onlar nisbətən yüngül cinayətlərə görə məhkum edilmişdilər. Qeyd edək ki, razılaşmaya əsasən birinci mərhələdə 737 fələstinli məhbus azad ediləcək. Onlardan 296-sı ömürlük həbs cəzasına məhkum edilib. Eyni zamanda, 236 fələstinli azad edildikdən sonra dərhal üçüncü ölkələrə - əsasən Qətərə və ya Türkiyəyə gedəcəklər.
“Dəmir divar” əməliyyatı başladı...
Bu arada Qəzza bölgəsində HƏMAS-la atəşkəsin elan edilməsinin ardından İsrail İordan çayının qərb sahilində genişmiqyaslı antiterror əməliyyatlarına başlayıb. Əməliyyata İsrail ordusu, polisi və təhlükəsizlik xidmətləri cəlb edilib. bununla bağlı İsrailin Baş naziri Benyamin Netanyahu açıqlama verib. O bildirib ki, yanvarın 21-də Fələstinin İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində terrorun kökünü kəsmək üçün geniş və əhəmiyyətli hərbi əməliyyata başlanılıb. “Bu, bizim məqsədimizə çatmaq üçün daha bir addımdır - həmin ərazilərdə təhlükəsizliyin gücləndirilməsidir”, - deyə Netanyahu vurğulayıb.
“The Times of Israel”in yazdığına görə, “Dəmir divar” adlanan Cenin əməliyyatı bir neçə gün davam edəcək. Yayılan xəbərə görə, hərbi əməliyyatlar nəticəsində azı 8 fələstinli ölüb, 35-ə yaxın adam yaralanıb.
Qərargah rəisi istefa verdi, hakim koalisiya dağıldı...
Bu arada İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi, general-leytenant Herzi Halevi 2025-ci il martın 6-da istefa vermək niyyətində olduğunu açıqlayıb və 2023-cü ilin oktyabrında HƏMAS-ın hücumunu dəf etməkdə İsrail ordusunun uğursuzluğuna” görə məsuliyyəti öz üzərinə götürüb. “Komandirliyim altında olan ordu İsrail vətəndaşlarını qorumaq missiyasını yerinə yetirə bilmədi və bu dəhşətli uğursuzluğa görə məsuliyyət həmişə mənim üzərimdə olacaq”, - deyə Halevi qərarını ölkənin müdafiə naziri İsrael Katza göndərdiyi məktubda izah edib. Katz öz növbəsində Haleviyə minnətdarlığını bildirib. Onu baş qərargah rəisi vəzifəsində əvəz edəcək şəxsin adı isə hələ açıqlanmayıb.
2022-ci ilin dekabrından İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olan 57 yaşlı general İsrail ordusunun əhəmiyyətli qazanclar əldə etdiyi bir vaxtda vəzifəsini tərk etdiyini bildirib - etiraf edib ki, İsrailin hərbi məqsədləri bütün”lüklə əldə edilməyib. Halevinin ardınca İDF Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman da istefa verdiyini açıqlayıb. Onun komandanlıq sahəsinə İsrailin cənubunda Qəzza zolağı ilə həmsərhəd olan ərazilər daxildir. Finkelman da qərarının səbəbi kimi HƏMAS-ın hücumlarını göstərib. Bildirib ki, 2023-cü il oktyabrın 7-də terrorçuların hücumuna məruz qalan mülki əhalinin müdafiəsi ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirə bilməyib.
“The Times of Israel” qəzeti ifrat sağçı Yəhudi Gücü partiyasının bəyanatına istinadən xəbər verib ki, partiyanın lideri, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də istefa verib. O, Baş nazir Benyamin Netanyahunu “bütün ideoloji qırmızı xətləri keçməkdə” günahlandıraraq, HƏMAS ilə razılaşmanı “terrorizmin tam qələbəsi” adlandırıb.
Ben-Qvirin partiya yoldaşları, İrs naziri Amihay Eliyaqu və onun həmkarı İsaak Vaserlauf da öz vəzifələrini tərk ediblər. Bundan əlavə, partiya hakim koalisiyadan çıxdığını bəyan edib. Bəyanatda deyilir ki, HƏMAS-a qarşı hərbi əməliyyatlar bərpa olunarsa və tam qələbəyə qədər davam edərsə, geri qayıtmağa hazırdır.
İsrail Prezidenti: Dua edirik ki...
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Davos İqtisadi Forumunda bildirib ki, biz Livanda, Suriyada tarixi dəyişiklik görürük, Qəzza zolağında da tarixi dəyişikliyi görəcəyimizə ümid edirik, bu, böyük səy tələb edəcək. İsrail Prezidenti bildirib ki, Qəzzada razılaşmanın mənası, hər şeyin açarı girovlarla bağlıdır. “Bu razılaşmaya nail olmaq çox çətin, çox ağrılı idi. Mən bu gün Qətərin Baş naziri Şeyx Məhəmməd Əl Tani ilə görüşdüm, ona inanılmaz səylərinə, eləcə də bütün digər vasitəçilərə, Misirə və əlbəttə ki, ABŞ-a, gedən Administrasiyaya və gələn Administrasiyaya təşəkkür etmək istəyirəm. Hələ də Qəzzada çox girovumuz var. Dua edirik ki, digər girovlar razılaşmaya uyğun olaraq, mümkün qədər tez geri dönsünlər”.
20 min silahlı öldürülüb...
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında təxminən 15 ay davam edən hərbi əməliyyatlar zamanı Fələstinin HƏMAS hərəkatından 20 minə yaxın silahlını öldürüb. İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, HƏMAS-ın hərbi qanadı çox böyük zərbə alıb. Yəhya Sinvardan başlayaraq təşkilatın rəhbərliyinin əksəriyyəti öldürülüb. İsrail ordusu 20 minə yaxın HƏMAS nümayəndəsini məhv edib. Eyni zamanda, quru əməliyyatı və Qəzza zolağının bombalanması nəticəsində 47 min fələstinli həlak olub, 110 mindən çox insan yaralanıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

