Almaniya: CDU-nun təqdim etdiyi yeni qanun layihəsi Bundestaqda qəbul olunmayıb
01.02.2025 [14:13]
Bundestaqın yanvarın 31-də keçirilən iclasında Xristian Birlik (CDU/CSU) partiyalarının irəli sürdüyü miqrasiya siyasəti ilə bağlı qanun layihəsi səsverməyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, uzun və gərgin müzakirələrdən sonra keçirilən səsvermədə Bundestaqın 733 üzvündən 693-ü iştirak edib. Qanun layihəsinin lehinə 338, əleyhinə 350 deputat səs verib, 5 nəfər isə bitərəf qalıb.
“Axını məhdudlaşdırma qanunu” Almaniyaya miqrant axınının məhdudlaşdırılmasını, ölkəyə mühacirət etmiş şəxslərin ailə üzvlərini də gətirməsini nəzərdə tutan “ailə birləşməsi”nin dayandırılmasını və federal polisə barələrində ölkəni tərk etmək qərarı çıxarılan şəxsləri nəzarət altında tutmaq və saxlamaq səlahiyyətinin verilməsini nəzərdə tutur.
Qeyd edək ki, ifrat sağçı Almaniya üçün Alternativ Partiyası bu dəfə də CDU-ya dəstək verdiyini bəyan etmişdi. AfD ilə yanaşı, Azad Demokrat Partiyası (FDP) və sol populist Sahra Vaqenknext İttifaqı (BSW) da qanun layihəsinin lehinə səs verəcəklərini açıqlamışdı.
Xatırladaq ki, əsas müxalifət partiyası olan Birlik partiyalarının hazırladığı və Almaniyadakı miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan beş maddəlik qətnamə yanvarın 29-da parlamentdəki səsvermədə AfD-nin də dəstəyi ilə 345 səsə qarşı 348 səslə qəbul edilmişdi. AfD səsvermədən əvvəl qətnamənin lehinə səs verəcəyini bəyan etmişdi. CDU/CSU-nun AfD ilə əməkdaşlıqdan imtina etməməsi ciddi müzakirələrə yol açmışdı. Çünki CDU/CSU-nun bununla “yanğın divarı” olaraq adlandırılan, digər partiyaların AfD ilə heç bir əməkdaşlığa getməməsi barədə siyasətə qarşı çıxdığı hesab edilir. Bu da ölkədə seçkiqabağı siyasi mühitin daha da gərginləşməsinə səbəb olub. Almaniyanın müxtəlif şəhərlərində, o cümlədən Berlin, Münxen, Frayburq, Hannover, Drezden, Mayntsda on minlərlə insan meydan və küçələrə axışaraq CDU/CSU-nun təklifinin AfD-nin dəstəyi ilə qəbul olunmasına sərt etirazlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

