Gürcüstanda süni şəkildə yaradılan siyasi böhran
05.02.2025 [09:23]
Qonşu Gürcüstanda siyasi proseslər hələ də normal axarına düşməyib. Ölkədə ötən ilin oktyabrında baş tutan seçkilərdən sonra parlament və hökumət formalaşsa da, etirazlar davam edir. Qərbdən idarə olunan birləşmiş müxalifət seçkilərin nəticələrini qəbul etmir və iqtidarı Avropaya inteqrasiya kursundan yayınmaqda günahlanırır. Əvvəlki mərhələdə əsasən parlament binasının önündə, Rustaveli prospektində toplaşan müxalifət qüvvələri bu dəfə məkanı və taktikanı dəyişiblər. Belə ki, fevralın ilk günlərində keçirilən aksiyada etirazçılar “Tbilisi Mall” ticarət mərkəzinin qarşısına toplaşıblar. Onların əsas məqsədi Tbilisidən şimala gedən strateji əhəmiyyətli yolu bağlamaqla diqqəti özlərinə çəkmək olub. Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, belə strateji əhəmiyyətli obyektlərin bloklanması Cinayət Məcəlləsinin 222-ci maddəsinə əsasən cəzalandırılır. Bu cəza 2 ildən 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Verilən məlumata görə, “Tbilisi Mall” ticarət mərkəzi yaxınlığında etiraz aksiyası zamanı 31 nəfər saxlanılıb. Onlar inzibati qaydada, 173-cü maddə (polis əməkdaşının tələbinə tabe olmama) ilə saxlanılıblar. Saxlanılanlar arasında Milli Bankın keçmiş prezidenti Georgi Kadaqidze və Tbilisinin keçmiş meri Gigi Uqulava da var.
Etirazlar nədən qaynaqlanır?
Bəs Gürcüstanda müşahidə edilən etirazların kökünü harada axtarmaq lazımdır? Məsələnin mahiyyəti ondan ibarətdir ki, Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə və öz mövcudluğunu təmin etməyə çalışan Qərb Gürcüstanın Aİ-yə üzvlüyünü rəsmi Tbilisiyə qarşı bir şantaj vasitəsinə çevirib. Ayrılan qrantların, genişhəcmli maliyyə dəstəyinin, Avropaya vizasız gediş-gəlişin müqabilində Gürcüstandan milli iradədən imtina etmək tələb olunur. Rəsmi Tbilisi siyasətini suverenlik prinsipi əsasında deyil, Brüsseldən gələn tezislər əsasında qurmalıdır. Açıq etiraf edək ki, Aİ Gürcüstanda indiyədək yol verilən diqqətsizlikdən, boşluqlardan istifadə etməklə öz məqsədlərinə doğru müəyyən qədər irəliləməyə nail olub. Belə ki, hazırda cəmiyyətin böyük bir kəsiminin alınan qrantlara görə Qərbin alətinə çevrildiyi Gürcüstanın çox kədərli reallıqlarından biridir. Son bir ildə meydanlarda aktivlik göstərən müxalifət də həmin kəsimin sırasında yer alır. Küçələrə çıxanların böyük əksəriyyəti Qərbin maliyyə kisəsinə bu və ya digər dərəcədə bağlıdır.
Burada idiyədək Gürcüstan hakimiyyətinin yol verdiyi müəyyən ləngiməni də qeyd etmək yerinə düşər. Hakimiyyət cəmiyyətin Qərbin maliyyə asılılığına düşməsinin qarşısını vaxtında almalı idi. Burada Azərbaycanın təcrübəsi müsbət nümunə kimi diqqət çəkir. Respublikamızda vətəndaş cəmiyyəti təsisatlarının çoxsaylı layihələri məhz dövlətin ayırdığı maliyyə ilə reallaşdırılır. Beləliklə də, respublikamızda xarici təsirlərdən asılı olan qeyri-hökumət təşkilatlarının fəaliyyəti bloklanıb. İndi Gürcüstan hakimiyyəti də bu təcrübədən istifadə etməyi hədəfləyir. Ancaq itirilmiş zamanı müəyyən itkilərlə qarşılamaq lazım gəlir. Tbilisi küçələrində birləşmiş müxalifətin səsləndirdiyi şüarlar Avropa İttifaqının (Aİ), Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstan iqtidarı qarşısında qoyduğu tələblərlə eyni məzmunludur. Hakimiyyətdən yeni parlament seçkiləri keçirmək tələb olunur. Yeri gəlmişkən, bu günlərdə AŞPA-da Gürcüstanın nümayəndə heyətinin mandatının təsdiqlənməsi müqabilində rəsmi Tbilisidən yeni seçkilərin vaxtının müəyyənləşdirilməsi istənilib. Bu, qonşu ölkədə çox doğru olaraq Gürcüstanın daxili işlərinə qarışmaq, gürcü xalqının seçiminə laqeyd münasibət anlamında qəbul olunub. Buna görə də Gürcüstanın nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb.
Gürcüstan Aİ qarşısında öhdəliklərini yerinə yetirsə də...
Qərb dairələrindən gələn təzyiqlər fonunda Gürcüstan hakimiyyəti milli iradə ortaya qoyur. Gürcüstan Prezidenti Mixail Kavelaşvili İsveçrənin “Neue Zürcher Zeitung” nəşrinə müsahibəsində bildirib ki, ölkədə mövcud siyasi böhran süni şəkildə yaradılıb. Gürcüstanın antiqərb siyasəti yürütməsi barədə iddialar dezinformasiyadır. “Sülhün alternativi yoxdur. Bu, ABŞ-də Donald Trampın qələbəsindən sonra daha aydın oldu. Bizim antiamerika və ya antiqərb fəaliyyətlər həyata keçirdiyimiz barədə iddialar həqiqəti əks etdirmir”.
Kavelaşvili bildirib ki, Gürcüstan Avropa İttifaqının namizəd trio ölkələri arasında (Ukrayna, Moldova, Gürcüstan -red.) zəruri öhdəlikləri ən yaxşı yerinə yetirsə də, ilk mərhələdə status ala bilməməsi anlaşılan deyil. Onun sözlərinə görə, “Xalqın Gücü” adlı müstəqil qrup yaradaraq Gürcüstan cəmiyyətini xarici təzyiqlər barədə məlumatlandırmağa çalışıblar.
Xaricdən gələn yardımlar çirkin məqsədlərə sərf olunur
Xarici yardım çətiri altında Amerikadan gələn pullar uydurma ideologiyaların tətbiqinə, senzuraya, daxili siyasətə müdaxiləyə, çevrilişlərə və sair çirkin məqsədlərə sərf olunur. Bunu ABŞ-ın yeni administrasiyası da etiraf edir”. Bu fikirləri isə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, ən böyük donorun bunu etiraf etməsi avtomatik olaraq digər ölkələrin Gürcüstanda pul xərcləmələrinin düzgünlüyünü şübhə altına alır. İndi növbə digər donor ölkələrindir. Onlar vergi ödəyicilərinin pullarının nəyə xərcləndiyini yoxlamalıdırlar. Bu ölkələrin müxalifəti, qeyri-hökumət təşkilatları xüsusi maraq göstərməlidir.
Papuaşvili bildirib: “Əvvəlcə Brüssel nümunə göstərməlidir. 2023-cü ilin payızında Avropa İttifaqının səfirinə məktub yazaraq Avropa Demokratiya Fondu (EED) tərəfindən maliyyələşdirmənin ictimaiyyətə açıqlanmasını xahiş etdim. Bir neçə aylıq araşdırmadan sonra səfir EED-in ayrıca bir təşkilat olduğunu əsas gətirərək bu xahişi rədd etdi. Açıq-aydın bu, sadəcə bir bəhanə idi. Çünki EED tamamilə Brüssel və üzv dövlətlərin büdcəsindən maliyyələşdirilir və bir neçə qərəzli Avropa Parlamenti üzvü tərəfindən idarə olunur”.
Şalva Papuaşvili vurğulayıb ki, daha bir vacib məsələ, 2024-cü il seçkilərində partiya seçkiləri üçün Brüssel və digər paytaxtlardan ayrılan vəsaitlərin qanunsuz xərclənməsidir. Seçkilərdə iştirak edən siyasi QHT-lərin arxasında konkret xarici donorların izləri üzə çıxanda, xarici təzyiqlər səbəbindən Korrupsiyaya Qarşı Mübarizə Bürosunun araşdırmanı necə dayandırmaq məcburiyyətində qaldığı hamımızın yadındadır. ABŞ-da baş verən proseslər isə hər bir səfirliyin öz ölkəsindən seçkilərə xərclədiyi hər senti ictimaiyyətə açıqlamasını zəruri edir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38

