Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ Dövlət Poçt Xidməti Çindən bağlama qəbulunu dayandırıb

ABŞ Dövlət Poçt Xidməti Çindən bağlama qəbulunu dayandırıb

05.02.2025 [20:38]

ABŞ-ın Dövlət Poçt Xidməti (United States Postal Service - USPS) Çinin materik hissəsindən və Honkonq xüsusi inzibati ərazisindən poçt bağlamalarının qəbulunu müvəqqəti dayandırıb.

AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, qərar fevralın 4-dən qüvvəyə minib.

Sözügedən addımın səbəblərini açıqlamayan USPS qərarın məktub axınına aid olmadığını əlavə edib.

Dövlət Poçt Xidmətinin açıqlaması ABŞ Prezidenti Donald Trampın fiziki şəxslərin xaricdən 800 dollaradək bağlamalarının gömrük rüsumundan azad edilməsinə dair “minimum istisna” qərarını ləğv etməsindən sonraya təsadüf edir. Ekspertlər hesab edir ki, ABŞ-ın bu qərarı ilk növbədə Çinin elektron ticarət platformalarının, o cümlədən “Shein” və “Temu”nun dövriyyəsinə mənfi təsir edəcək.

Rəsmi Vaşinqtonun qərarı həm də iki ölkənin qarşılıqlı rüsum tətbiqi ilə başlayan ticarət gərginliyi və ya ticarət müharibəsi fonunda baş verir.

Paylaş:
Baxılıb: 473 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31