Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Şalva Papuaşvili: Aİ-nin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür

Şalva Papuaşvili: Aİ-nin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür

08.02.2025 [23:42]

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında Avropa İttifaqının Ali Nümayəndəsi/Avropa Komissiyasının vitse-prezidenti Kaia Kallasi və genişlənmə üzrə Avropa komissarı Marta Koscinin Gürcüstandakı mövcud vəziyyətlə bağlı bəyanatlarına cavab verib.

AZƏRTAC xəbər verir ki, Ş.Papuaşvili onları ikiüzlülükdə günahlandırıb.

Onun sözlərinə görə, səhvləri etiraf etmək, zorakı etirazları pisləmək və Avropa Demokratiya Fondunun (EED) maliyyəsini açıqlamaq əvəzinə, Gürcüstana qarşı məlumatsız və əsassız ittihamlar irəli sürmək yersiz və ədalətsizdir.

Papuaşvili yazıb: “Avropa İttifaqının ATƏT/DTİHB-nin seçki hesabatını tanımayan qurumlarının rəhbərlərinin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür”.

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30