Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır
12.06.2026 [11:59]
ABŞ-ın paytaxtı Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə ənənəvi Trans-Xəzər Forumu keçirilib. Forumda Azərbaycan, ABŞ, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə və digər ölkələrdən yüksəkvəzifəli rəsmilər, eləcə də regional və qlobal səviyyədə nüfuzlu nümayəndələr iştirak ediblər. Builki tədbir həm də Xəzər Siyasət Mərkəzinin fəaliyyətinin 10 illiyinə təsadüf edib.
Forum “Orta Dəhliz dönüş nöqtəsində: Trans-Xəzər regionu üçün gələcək nəslin inkişafı” mövzusu altında təşkil olunub. Xəzər Siyasət Mərkəzinin baş icraçı direktoru Əfqan Nifti bildirib ki, ABŞ-ın həm enerji, həm texnologiya, həm də kritik minerallar sahələrində Mərkəzi Asiya və Qafqaza marağı getdikcə artır. O qeyd edib ki, ötən ilin avqustunda Prezident Donald Trampın iştirakı ilə Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi, eləcə də C5 formatında Mərkəzi Asiya ölkələri rəhbərlərinin Vaşinqtonda qəbul olunması ABŞ-ın regiona strateji marağının və əməkdaşlığa verdiyi önəmin daha da artdığını göstərir.
Qazaxıstan Prezidentinin ABŞ ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ercan Kazıxan onlayn çıxışında bildirib ki, Qazaxıstan ABŞ və regional tərəfdaşlarla əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar görür. Onun sözlərinə görə, ölkəsi regional tərəfdaşları ilə birlikdə Orta Dəhlizin rəqəmsal komponentinin inkişafı üzərində çalışır. Bu kontekstdə o, Qazaxıstanı və Azərbaycanı Xəzər dənizinin dibi ilə birləşdirəcək Trans-Xəzər fiber-optik kabel layihəsini xüsusi vurğulayıb. Kazıxan qeyd edib ki, layihənin 2026-cı ilin sonunadək tamamlanması nəzərdə tutulur.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev onlayn çıxışı zamanı bildirib ki, Orta Dəhliz artıq, sadəcə, nəqliyyat marşrutu olmaqdan çıxaraq Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionları birləşdirən strateji geoiqtisadi sistemə çevrilməkdədir. Onun sözlərinə görə, hazırda bu transformasiyanın dərinləşdiyi mərhələ müşahidə olunur. Hikmət Hacıyev vurğulayıb ki, Körfəz regionu və Yaxın Şərqdə münaqişələrin kəskinləşdiyi bir dövrdə Orta Dəhlizin strateji əhəmiyyəti daha da artır.
Özbəkistan Prezidentinin müşavirinin müavini Cavlon Vahabov bildirib ki, bütün Mərkəzi Asiya regionunun xarici bazarlara çıxışını genişləndirə biləcək alternativ marşrutların mövcudluğu böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Orta Dəhliz təkcə tranzit marşrutu deyil, həm də rəqabət qabiliyyətinin artırılması, dayanıqlığın gücləndirilməsi və iqtisadi inkişafın təşviqi baxımından strateji əhəmiyyət kəsb edir. Vahabov bu kontekstdə Trans-Xəzər ölkələri arasında əməkdaşlığın genişlənməsi istiqamətində əldə olunan irəliləyişi yüksək qiymətləndirib. O, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində yükdaşımalar üçün icazə prosedurlarının sadələşdirilməsi və bu sahədə əldə edilən nailiyyətləri vurğulayıb.
Qırğızıstan Prezidentinin beynəlxalq təşəbbüslər üzrə xüsusi nümayəndəsi Edil Baisalov çıxışı zamanı Orta Dəhlizin həm Qırğızıstan, həm də bütövlükdə region üçün yaratdığı yeni imkanlardan bəhs edib. O, bu marşrutun regional əlaqələrin genişlənməsi, ticarətin inkişafı və iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirə xüsusi qonaq qismində qatılan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ABŞ, Mərkəzi Asiya və Qafqaz ölkələrinin artıq strateji baxımdan bir-birinə daha da yaxınlaşdığını deyib. O bildirib ki, bu fundamental dəyişiklik nəticəsində münasibətlər hazırda olduqca müsbət mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək, əhali üçün daha geniş iqtisadi inkişaf imkanları yaradacaq və ümumi təhlükəsizliyi gücləndirəcək: “ABŞ ilə münasibətləri dərinləşdirməyə çalışan və dostluqları mühüm geosiyasi əhəmiyyət daşıyan ölkələrə investisiya qoymaqdan imtina edə bilmərik. Amerikanın Xəzər bölgəsində artan iştirakı hər iki tərəf üçün fundamental dəyişiklik deməkdir. Prezident Donald Tramp, dövlət katibi Marko Rubio və administrasiyanın Amerika milli maraqlarının təmin olunmasına yönəlmiş qətiyyətli siyasəti Mərkəzi Asiya və Qafqazda nümayiş etdirilən cəsarətli liderliklə birlikdə yeni əməkdaşlıq və dostluq dövrü üçün böyük imkanlar yaradıb. Ötən ilin avqustunda Ağ Evdə Ermənistan və Azərbaycan arasında əlamətdar sülh sazişinin imzalandığının şahidi olduq. Həmçinin Vaşinqtonda C5+1 Zirvə görüşü keçirildi. Bu iki hadisə Amerika diplomatiyasında yeni mərhələyə keçidin, eləcə də geostrateji baxımdan mühüm regiona artan diqqətin göstəricisidir”.
Konfransın davamında “Orta Dəhliz: Strateji seçimin gücləndirilməsi və təhlükəsiz şəbəkələrin qurulması”, “Rəqəmsal suverenlik və sənaye süni intellekti: texnologiya növbəti inkişaf vektoru kimi”, “Kritik minerallar”, “Enerji təhlükəsizliyi: dəyişən qlobal bazarda Xəzər hövzəsi” və “Orta Dəhliz boyunca biznes investisiyaları” mövzularında panel müzakirələri keçirilib.
Panel sessiyalarında Azərbaycan, ABŞ və digər ölkələrdən dövlət qurumlarının nümayəndələri, ekspertlər, eləcə də Birləşmiş Ştatların biznes dairələrinin təmsilçiləri çıxış edərək müvafiq sahələr üzrə fikir və təcrübələrini bölüşüblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55

