BMT: Hər il 400 minə yaxın uşaq və yeniyetmə xərçəng xəstəliyinə tutulur
15.02.2025 [18:53]
Hər il 1-19 yaş arası təxminən 400 minə yaxın uşaq və yeniyetmə xərçəng xəstəliyinə tutulur. AZƏRTAC xəbər verir ki, bu məlumat BMT-nin fevralın 15-də qeyd olunan Xərçəng Xəstəsi Uşaqların Beynəlxalq Günü ilə bağlı müraciətində yer alıb.
Müraciətdə qeyd olunub ki, uşaqlarda xərçəngin ən çox yayılmış növlərinə leykemiyalar, beyin şişləri, limfomalar, neyroblastoma və “Wilms” şişi kimi onkoloji xəstəliklər daxildir. Kompleks xidmətlərin ümumiyyətlə əlçatan olduğu yüksək gəlirli ölkələrdə xərçəngli uşaqların 80 faizindən çoxu müalicə olunur. Aşağı və orta gəlirli ölkələrdə isə bu rəqəm 30 faizdən də azdır.
Yoxsul ölkələrdə uşaqlarda xərçəngdən ölümlər düzgün diaqnozun olmaması və ya gecikmiş diaqnoz, səhiyyə xidmətində maneələr, müalicədən imtina, toksiklikdən ölüm və residiv nəticəsində baş verir. Aşağı gəlirli ölkələrin yalnız 29 faizi xərçəng dərmanlarının ümumiyyətlə əhalinin istifadəsinə verildiyini bildirir, yüksək gəlirli ölkələrdə isə bu nisbət 96 faizə çatır.
BMT qeyd edir ki, xərçəng uşaqlar və yeniyetmələr arasında əsas ölüm səbəbidir. Bu məsələdə ölkələr arasında fərqlər də böyükdür; yüksək gəlirli ölkələrdə xərçəngli uşaqların 80 faizindən çoxu sağalır, lakin bir çox yoxsul ölkədə bu rəqəm 30 faizdən də aşağıdır. Uşaqlarda xərçəngin qarşısını skrininq vasitəsilə almaq və ya müəyyən etmək mümkün olmasa da, xəstəliyin əksər növləri ümumi dərmanlar, cərrahiyyə və radioterapiya da daxil olmaqla digər müalicə formaları ilə müalicə edilə bilər. Eyni zamanda, azyaşlı onkoloji xəstələr üçün dərmanların əlçatan olması da mühümdür. Bundan başqa, bu sahədə məlumat sistemlərinin keyfiyyətində davamlı təkmilləşdirmələr aparmaq lazımdır.
Müraciətdə qeyd olunur: “Xərçəng şişi bütün yaş qrupunda olan insanlarda əmələ gəlir və bədənin hər hansı bir hissəsinə təsir edir. Bu, tək hüceyrələrdə genetik dəyişikliklə başlayır, sonra kütləyə və ya şişə çevrilə, bədənin digər hissələrini işğal edə və müalicə edilmədikdə ölümə səbəb ola bilər. Yetkinlərdən fərqli olaraq, uşaqlarda xərçəngin əksəriyyətinin bilinən səbəbi yoxdur. Bir çox tədqiqat azyaşlılarda onkoloji xəstəliklərin səbəblərini müəyyən etməyə çalışıb, lakin uşaqlarda çox az xərçəng növü ətraf mühit və ya həyat tərzi faktorlarından qaynaqlanır. HİV, Epstein-Barr virusu və malyariya kimi bəzi xroniki infeksiyalar onlar üçün risk faktorlarıdır. Digər infeksiyalar yetkinlik dövründə uşağın xərçəngə tutulma riskini artıra bilər, buna görə də peyvənd olunmaq (qaraciyər xərçənginin qarşısını almaq üçün hepatit B və uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün insan papilloma virusuna qarşı) vacibdir.
Mövcud məlumatlar göstərir ki, bütün xərçəngli uşaqların təxminən 10 faizi bu xəstəliyə genetik faktorlara görə tutulub. Uşaqlarda xərçəngin inkişafına təsir edən amilləri müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50

