İsveçdə hipotermiyadan rekord sayda ölüm halları qeydə alınır
03.03.2025 [11:44]
İsveçdə hipotermiyadan ölənlərin sayı son on ildə iki dəfədən çox artıb.
AZƏRTAC xəbər verir ki, ən çox zərərçəkənlər alkoqol və ya narkotik vasitələrin təsiri altında olan şəxslər, həmçinin demensiyadan əziyyət çəkən yaşlı insanlardır.
2022-ci ildə 99 nəfər hipotermiyadan ölüb ki, bu da rekord göstəricidir. 2024-cü il üçün məlumatlar hələ tam işlənməsə də, artım tendensiyası davam edir. İlkin statistik məlumatlara görə, ötən ilin birinci yarısında 60 nəfər ölüb ki, bu da 54 hadisənin qeydə alındığı 2023-cü ilin analoji dövrü ilə müqayisədə çoxdur.
Məhkəmə-tibb ekspertləri deyirlər ki, ölüm hallarının artması diaqnostik üsulların dəyişməsi və ya keçmişdə oxşar hallar haqqında az məlumatlandırılma ilə bağlı deyil. Hər bir ölüm faktı həkimlər tərəfindən qeydə alınır və xarici faktorlardan şübhələndikdə, polis araşdırması aparılır.
Əsas risk qrupunun evsiz və ya qeyri-qanuni miqrantlar olması ilə bağlı təsbitlərə baxmayaraq, məhkəmə-tibb ekspertləri ölənlər arasında belə halların ciddi üstünlük təşkil etdiyini görmürlər. Hipotermiyadan ölüm riskini artıran əsas amillər orqanizmin soyuqdəymə müqavimətini azaldan alkoqol və narkotik istifadəsi, insanların yolunu azmasına və evinə gedə bilməməsinə səbəb ola biləcək psixi pozğunluqlar və demensiya, yaşlı və həssas qrupları köməksiz qoyan sosial təcrid amilidir.
Psixiatriya klinikalarından xəstələrin qaçaraq hipotermiyadan öldüyü bir neçə məlum hal da var.
Mütəxəssislər həssas qrupları qorumaq üçün güclü tədbirlərə, hipotermiya riskləri haqqında məlumatlılığın artırılmasına və daha yaxşı sosial dəstəyə çağırırlar. Xüsusilə, qış dövründə risk altında olan insanların operativ şəkildə müəyyən edilməsi və onlara lazımi yardımın göstərilməsi vacibdir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

