Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çin ABŞ mallarının idxalına olan rüsumları 84 faizə qaldırıb

Çin ABŞ mallarının idxalına olan rüsumları 84 faizə qaldırıb

09.04.2025 [21:55]

Rəsmi Pekin ABŞ-ın Çin mallarına tətbiq etdiyi idxal rüsumlarını artırmasına cavab olaraq ABŞ-dan idxal edilən mallara 84 faizlik gömrük tarifləri tətbiq edəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyi açıqlama yayıb.

Bundan başqa, ABŞ-ın daha 12 şirkəti Çinin ixrac nəzarəti siyahısına, 6 şirkəti isə etibarsız müəssisələr siyahısına daxil edilib.

Çin Xarici İşlər Nazirliyi də ABŞ-ın addımlarının cavabsız qalmayacağını, ölkənin qanuni hüquq və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görüləcəyini açıqlamışdı.

Qeyd edək ki, Donald Tramp prezident seçildikdən sonra Çin mallarına 4 mərhələdə rüsum tətbiqini elan edib. Aprelin 9-dan etibarən Çin malları üçün idxal rüsumları 104 faizə qaldırılıb. Birləşmiş Ştatlar ölkə səviyyəsində Çinin ən iri idxal bazarıdır. Ötən il Çinin ABŞ-a ixracı 462 milyard dollar, ABŞ-dan idxalı isə 143 milyard olub. ABŞ Çinin ümumi ixracının 14,7 faizini, idxalının isə 6,3 faizini təmin edir.

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30