Dubayda dünyanın ən bahalı kokteyli satılıb
16.04.2025 [20:12]
Bir qədəh kokteylin qiyməti üzrə dünya rekordu indi Dubaya məxsusdur. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu şəhərdə içki 156 min dirhəmə (təxminən 42 480 ABŞ dolları) satılıb.
Eksklüziv kokteyl 60.000 dirhəmdən (təxminən 16.340 ABŞ dolları) başlayan canlı auksiondan sonra alınıb. Hərraca olan inanılmaz maraq son qiymətin 156 min dirhəmə (təxminən 42 480 ABŞ dolları) yüksəlməsinə səbəb olub.
İçki ən nadir inqrediyentlərdən, o cümlədən xüsusi olaraq tədbir üçün yaradılmış tekila brendindən istifadə edilməklə hazırlanıb. Əvvəllər muzeydə saxlanılan 1937-ci il tarixli “Baccarat” eynəkləri xüsusi dəyərə malikdir. Restoran nümayəndəsi eynəklərin xüsusi olaraq Parisdən gətirildiyini və əvvəllər heç istifadə olunmadığını vurğulayıb. Kokteyli satın alan müştəri eynəyi suvenir kimi qəbul edib.
İçkinin tərkibinə Ceyms Bondun orijinal kokteyl reseptinə daxil edilmiş meyvə şərabı – “Kina Lillet” kimi nadir komponentlər daxil edilib. 1950-ci illərdə buraxılan bu inqrediyent bu gün nadir məhsuldur, dünyada onun yalnız bir neçə şüşəsi qalıb. Kokteylə 1930-cu illərin “Anqostura” bitterlərinin istifadəsi ilə əlavə eksklüzivlik verilib.
Şedevr dünyaşöhrətli insanlar üçün yaradıcılığı ilə tanınan məşhur şərab ustası, “Maestro” ləqəbli Salvatore Kalavrese tərəfindən hazırlanıb. O qeyd edib ki, burada məqsəd sadəcə bahalı içki deyil, yaddaşlarda əbədi qalacaq unikal təcrübə yaratmaqdır.
Həmin gün Dubayda qiyməti 12 min dirhəmdən (təxminən 3270 ABŞ dolları) çox olan ən bahalı alkoqolsuz kokteyl də təqdim olunub. Onun tərkibində təzə zoğal, nanə, nar suyu, dəniz duzu və yeməli 24 karat qızıl var. İçki yeməli qızılla bəzədilmiş incə desertlə süfrəyə verilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

