Milyonları bir araya gətirən missiya!
23.04.2025 [08:23]
Dünya Kitab və Müəllif Hüquqları Günüdür
Kitablar zehnimizi və yaradıcılığımızı stimullaşdırmaq üçün mühüm rola malikdir. Eyni zamanda kitab günümüzdə hər bir xalqı beynəlxalq arenaya çıxaran və onu təbliğ edən vasitələrdən biridir. Məlumdur ki, əfsanələr, rəvayətlər, qəhrəmanlıq dastanları əvvəllər şifahi formada yazılıb, sonralar isə daş, dəri və ağac üzərinə yazılaraq bu günə qədər gəlib çatıb. Əlifba və yazının yaranması, kağızın kəşfi, əlyazmalar, çapçılığın ixtira edilməsi, kitabxanaların yaranması isə kitabın inkişaf mərhələsində ən mühüm səhifələrdir.
Kitabın insan həyatına daxil olması, kitabların çoxalması həm də müəlliflik hüququnun yaranması zərurətini ortaya çıxarıb. Kitab və kitab mütaliəsinin önəmini nəzərə alaraq UNESCO 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında hər il aprel ayının 23-nü “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” elan edib. Ümumiyyətlə, kitab, müəllif və müəlliflik hüququ anlayışları yaranandan bəri bir-biri ilə qırılmaz təmasda olub. Bugünkü rəqəmsal dünyanın köklü dəyişikliklərinə baxmayaraq, kitab yenə də öz əhəmiyyətini qoruyub saxlamaqdadır.
Elektronik və audiovizual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunub. Bu mənada, qayda pozuntularınının “piratlıq” adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş verib. 1709-cu ildə yaranan və müəllif hüququyla bağlı ilk sayılan “Statue of Anne” fərmanına qədər 1557-ci ildə “Stationer’s Company of London” şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkanı yaratmışdı. 1603-cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır.
Nə üçün 23 aprel?
23 aprel tarixinin dünya ədəbiyyatı üçün simvolik olmasını kitab dostları daha yaxşı bilir. Belə ki, həmin gün söz sənəti dahilərindən Şekspir, İnka Qarsilaso de la Veqa dünyasını dəyişib. Moris Droqon, X.Laksness, Vladimir Nabokov, Maniel Mexia Valeho kimi korifeylər isə aprelin 23-də dünyaya göz açıblar.
Azərbaycanda bu əlamətdar tarix 1997-ci ildən başlayaraq hər il qeyd edilir. Ölkəmizdə kitab nəşri və müəlliflik hüququ sahəsində mühüm işlər görülüb. Müəllif Hüquqları Agentliyi yaradılıb, Azərbaycan “Ədəbi-bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyası və “Müəllif hüquqları haqqında” Ümumdünya Konvensiyasına qoşularaq geniş beynəlxalq əməkdaşlığa da başlayıb.
Dünyanın ən bahalı kitabı
İndiyə qədər ən baha qiymətə satılan kitab Leonardo Da Vinçiyə məxsusdur. Da Vinçinin əlyazma kitabı olan “Codex Leicester” Bill Qeyts tərəfindən 48,4 milyon dollara alınıb. Da Vinçi bu kitabında astronomiya, suyun hərəkəti, hidrologiya və geologiya sahələrində etdiyi araşdırmalardan bəhs edib.
Dünyanın ən kiçik kitabı
Dünyada ən kiçik kitab olaraq qəbul edilən “Dörd fəslin çiçəkləri”, 22 səhifədən ibarətdir. 0.75 x 0.75 millimetrlik ölçüyə malik olan kitab “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. Əlbəttə ki, bu kitabı oxumaq üçün xüsusi mikroskop və ya lens tələb olunur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

