Rumıniyada prezident seçkilərində 11 namizəd arasında ciddi rəqabət gözlənilir
04.05.2025 [08:08]
Rumıniya mayın 4-də ölkənin yeni prezidentini seçmək üçün səsverməyə hazırlaşır. 18 milyon seçicinin iştirak edəcəyi seçkilər keçən il noyabrın 24-də keçirilən, lakin Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilən səsvermədən sonra ikinci dəfə təşkil olunur.
AZƏRTAC xəbər verir ki, o vaxt seçkilərin ləğvi ilə bağlı rəsmi səbəb kimi müstəqil millətçi namizəd Kalin Corceskunun kampaniyası zamanı troll dəstələri, saxta sosial media hesabları və haker hücumları kimi qeyri-qanuni üsullardan istifadə etməsi göstərilib. 2025-ci il martın 15-də Konstitusiya Məhkəməsi Corceskunun namizədliyini rəsmən ləğv edərək onu seçki yarışından kənarlaşdırıb.
Son sorğulara görə, indiki seçkilərdə əsas rəqabət "Rumınların Birləşməsi Alyansı"nın lideri Corce Simon (31 faiz) ilə hakim koalisiyanın vahid namizədi Krin Antonesku (25 faiz) arasında gedir.
38 yaşlı Corce Simon milli suverenliyin gücləndirilməsi və "sülh prezidenti" kimi fəaliyyət göstərmək vədləri ilə seçicilərin diqqətini cəlb edir. 66 yaşlı təcrübəli siyasətçi Krin Antonesku isə NATO və Aİ ilə daha sıx inteqrasiyanın tərəfdarı kimi çıxış edir.
Seçkiyə cəlb olunan digər diqqətçəkən namizədlər arasında Buxarestin meri Nikuşor Dan (19,4 faiz), keçmiş baş nazir Viktor Ponta (14,8 faiz) və "Rumıniyanı Xilas İttifaqı"nın lideri Yelena Laskoni (7,3 faiz) var.
Rumıniya konstitusiyasına görə, prezident 5 il müddətinə seçilir və iki dövr xidmət edə bilər. Seçki qaydalarına görə, namizədlərdən heç biri birinci turda səslərin 50 faizdən çoxunu qazana bilməsə, iki həftə sonra ikinci tur keçiriləcək.
Müşahidəçilər qeyd edirlər ki, bu seçkilər Rumıniyanın gələcək xarici siyasət istiqamətini müəyyənləşdirəcək. Seçki nəticələri ilə bağlı ilkin məlumatların mayın 4-də axşam saatlarında açıqlanması gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

