İkinci tura qaldı...
20.05.2025 [08:41]
Polşada prezident seçkilərində hakim koalisiyanın namizədi öndədir
Ötən həftənin sonunda Avropanın bəzi ölkələrində önəmli siyasi hadisələr baş verib. Xüsusilə, müəyyən ölkələrdə seçkilərin keçirilməsi diqqət mərkəzində olub. Belə ki, mayın 18-də Polşada baş tutan prezident seçkiləri seçici fəallığı ilə rekord təşkil edib.
Əvvəlcə qeyd edək ki, Polşada səsvermə hüququna malik olan 29 milyonadək seçici var. Prezidentlik uğrunda 13 namizəd mübarizə aparsa da, əsas rəqiblər “Hüquq və Ədalət” partiyasının namizədi, Milli Yaddaş İnstitutunun rəhbəri Karol Navroçki və hakim koalisiyanın dəstəklədiyi Varşava meri Rafal Trzaskovski hesab olunurdu.
Seçici fəallığı baxımından rekord göstərici...
Polşada keçirilən prezident seçkilərində seçici fəallığı rekord göstərici - 66,8 faiz təşkil edib. “Exit-poll” məlumatları da bu reallığı əks etdirir.
Əvvəlki rekord 2020-ci ildə qeydə alınıb, o zaman Polşa prezident seçkilərində seçici siyahılarında olan seçicilərin 64,51 faizi, 2015-ci ildə 48,96 faizi, 2010-cu ildə isə 54,94 faizi səs verib.
Diqqət çəkən məqam ondan ibarətdir ki, Polşada keçirilən prezident seçkilərində namizədlərdən heç biri lazımi səs çoxluğunu toplaya bilməyib. Ən çox səs toplayan iki namizəd iyunun 1-də keçiriləcək ikinci turda mübarizə aparacaq.
İfrat sağçılar kənarda qaldı
İlkin nəticələrə əsasən, Baş nazir Donald Tuskun rəhbərlik etdiyi siyasi düşərgənin namizədi, liberal-mühafizəkar Rafal Trzaskovski səslərin 30,8 faizini toplayaraq birinci yerdədir. Mühafizəkar Hüquq və Ədalət Partiyasının (PiS) namizədi Karol Navroçki isə 29,1 faiz səs toplayıb. Hər iki namizəd birinci turda mütləq əksəriyyəti əldə edə bilmədiyi üçün mübarizəni ikinci turda davam etdirəcək. Üçüncü yeri isə 15,4 faiz səslə ifrat sağçı “Konfederacya” partiyasının namizədi Slavomir Mentzen tutub.
Seçkilərdə “Tusk amili”
Hakim koalisiyanın namizədi Rafal Trzaskovskinin seçkilərin birinci turunda öndə olmasını Baş nazir Donald Tuskun siyasi nüfuzu ilə əlaqələndirmək də mümkündür. Belə ki, Tusk nəinki Polşada, bütövlükdə Avropada böyük reytinqə malik olan siyasi xadimdir. O, hələ ilk dəfə 2007-2014-cü illərdə Polşanın Baş naziri vəzifəsində çalışıb. Avropa məkanında yüksək siyasi nüfuzu sayəsində Tusk 2014-2019-cu illərdə Avropa İttifaqı Şurasının Prezidenti postuna yüksələ bilib. Tusk 2023-cü il dekabrın 13-dən isə yenidən Polşanın Baş naziri vəzifəsini daşıyır.
Xatırladaq ki, Polşada prezident beş il müddətinə seçilir. Geniş səlahiyyətləri olan prezident ölkəni yalnız xaricdə təmsil etmir, həm də xarici siyasətə təsir edir, Baş naziri və hökumət üzvlərini təyin edir, həmçinin müharibə vəziyyətində Silahlı Qüvvələrin Baş Komandanı funksiyasını yerinə yetirir.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

