Aİ müdafiə fondu yaradır
21.05.2025 [09:10]
Vahid ordunun yaradılması istiqamətində addım
Avropa İttifaqı özünü müdafiə etmək üçün fond yaradır - belə ki, Aİ-nin üzv ölkələri Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) kimi tanınan müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş 150 milyard avroluq fond yaratmaq ilə bağlı razılıq əldə ediblər. Bu ilin mart ayında Avropa Komissiyası tərəfindən irəli sürülən bu təklifə əsasən, borclar və kreditlər hesabına xüsusi fondun əsası qoyulacaq - nəticə etibarı ilə bu fondun vəsaiti Aİ ölkələrinin təhlükəsizliyini təmin etmək, Ukraynanın və Aİ ilə qonşu olan bəzi ölkələrin müdafiə potensialını artırmaq və Avropanın hərbi sənayesini gücləndirmək üçün layihələrin həyata keçirilməsinə sərf olunacaq. Avropanın müdafiəsi üçün xüsusi əhəmiyyət kəsb edən layihələrdə hava hücumundan müdafiə və artilleriya sistemləri, raketlər və sursatlar, pilotsuz təyyarələrin istehsalına, o cümlədən kosmos, kiber, süni intellekt və elektron müharibə sahələrində potensialın təkmilləşməsinə daha çox diqqət ayrılacaq.
Avropa sürətlə hərbiləşir
Bəzi beynəlxalq ekspertlər hesab edirlər ki, belə bir fondun yaradılması vahid Avropa ordusunun formallaşdırılması istiqamətində mühüm addımdır. Onların fikrincə, Aİ liderləri bu məsələdə qətiyyətli mövqe nümayiş etdirmək niyyətindədirlər. Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, son zamanlar Avropada intensiv hərbiləşdirilmə siyasəti aparılır: “Artıq Avropa İttifaqının strateji müstəqilliyi və hərbiləşdirilməsi ilə bağlı məsələlər Brüsselin ən önəmli gündəm mövzusuna çevrilib. Mart ayında Avropa Komissiyası tərəfindən 800 milyard avro dəyərində Avropanın yenidən silahlandırılması proqramı irəli sürüldü. Bu proqram çərçivəsində Aİ-nin hər bir üzv ölkəsi gələcək illərdə hərbi sahəyə daha çox vəsait xərcləmək, eləcə də hərbi sahədə islahatlar həyata keçirmək və hərbi sənayeni gücləndirmək üçün öhdəliklər götürüblər. Sözsüz ki, bütün bunların hamısı iki səbəblə əlaqəlidir. Birinci səbəb Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Bu müharibə fonunda Aİ Rusiyanı özünə təhdid kimi görür və hesab edir ki, Ukraynadan sonra Rusiyanın hədəfində Avropa olacaq. Bu təfəkkür Aİ ölkələrini Rusiyaya qarşı bir çətir altında birləşməyə vadar edib. Digər səbəbə gəlincə, Tramp administrasiyası dövründə ABŞ böyük ehtimalla, Avropanın təhlükəsizliyinə əvvəlki münasibəti sərgiləməyəcək - Ağ Evin rəhbəri çıxışlarında dəfələrlə bəyan edib ki, Vaşinqton əvvəlki kimi Avropanın təhlükəsizliyinin təminatına milyardlarca dollar dəyərində vəsait xərcləməkdə maraqlı olmayacaq. Trampın bu davranışı Aİ liderlərini təhlükəsizlik məsələlərində ciddi olmağa sövq edib”. S.Zahidov əlavə edib ki, 90-cı illərdə də Avropada hərbiləşmək və təhlükəsizlik məsələləri diqqət mərkəzində olub: “1992 - ci ildə Maastrixt sazişinin imzalanması ilə Avropa İttifaqının əsası qoyuldu. Bu sazişdə əks olunan əsas meyarlardan biri müdafiə və təhlükəsizlik məsələsi idi. Elə 90-cı illərin əvvəlində Aİ özünün müdafiəsi və təhlükəsizliyini təmin etmək üçün addımlar atmağa başladı. NATO isə buna etiraz etmirdi, əksinə dəstəkləyirdi. Çünki Aİ-nin o zamanki təhlükəsizlik siyasəti NATO-nun funksiyalarının tamamlayıcı rolunu oynayırdı. Həmin zaman Aİ özünün sülhməramlı qüvvələrini yaratmışdı. Həmin qüvvələr Balkanlarda sabitliyin və təhlükəsizliyin təmin edilməsində NATO və BMT-yə yardım edirdilər”.
NATO etiraz etməyəcək?
“Hesab etmirəm ki, Aİ-nin vahid Avropa ordusunun yaradılması istiqamətindəki təşəbbüsləri Aİ-NATO münasibətlərində ciddi problemlər yaradacaq. Əksinə, Avropanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə yönələn xüsusi fondun yaradılması NATO tərəfindən müsbət qarşılanacaq. Ona görə ki, Aİ və NATO Rusiyaya münasibətdə eyni mövqedən çıxış edirlər. Eyni zamanda NATO-ya üzv olan əksər ölkələr Avropa ölkələridir. Bu, Aİ ilə NATO arasında mövqelərin uzlaşmasında mühüm rol oynayır. NATO Aİ-nin bu təşəbbüsünü dəstəkləyəcək,” - deyə S.Zahidov vurğulayıb.
Nə ABŞ, nə də NATO Aİ-yə yardım əli uzadacaq
Politoloq İlyas Hüseynov qəzetimizə şərhində bildirib ki, özünü geosiyasi güc mərkəzi hesab edən Aİ-nin öz təhlükəsizliyinə diqqəti artırması təəccüblü görünmür.
“Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tiranada 6-cı zirvə toplantısında Avropa məkanının təhlükəsizliyi ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunub. Artıq gördüyümüz kimi, Aİ ölkələri 150 milyard avro dəyərində xüsusi fond yaratmaq üçün razılığa gəliblər. Bu fond ilə bağlı sənədlərin təsdiqlənməsi üzərində intensiv işlər gedir. Bu, onu deməyə əsas verir ki, Aİ öz təhlükəsizliyini təmin etmək və heç bir xarici qüvvədən asılı olmamaq məsələsində qərarlıdır. Avropada belə düşünürlər ki, Aİ ağır vəziyyətə düşəcəyi təqdirdə nə NATO, nə də ABŞ ona yardım əli uzadacaq və Avropa öz təhlükəsizliyini özü qorumalı olacaq. Onu da qeyd edim ki, Rusiya-Ukrayna müharibəsi bu prosesi daha da sürətləndirib”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

