Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Mahir Emreli Polşa klubunda vurduğu qolların sayını 6-ya çatdırıb

Mahir Emreli Polşa klubunda vurduğu qolların sayını 6-ya çatdırıb

04.09.2026 [17:10]

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Polşanın "Rakuv" komandasının heyətində növbəti qolunu vurub.

AZƏRTAC xəbər verir ki, 29 yaşlı hücumçu Ekstraklasanın V turunun “Qurnik”lə ev matçında fərqlənib.

Meydana start heyətində çıxan forvard görüşün 79-cu dəqiqəsində rəqib qapısına yol tapıb. Lakin azərbaycanlı futbolçunun qolu komandasını məğlubiyyətdən xilas etməyib və qonaqlar yekunda 2:1 hesablı qələbə qazanıblar.

Bu, Mahir Emrelinin “Rakuv”da rəsmi oyunlarda 6-cı qolu olub.

Qeyd edək ki, Polşa çempionatında hələ də xalı olmayan “Rakuv” sonuncu – 18-ci pillədə qərarlaşıb.

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30