Mütəxəssis: Açıq sınıqlar travmatologiyada təcili müdaxilə tələb edən haldır
21.05.2025 [21:17]
“Sümük sınıqları yıxılma, yol qəzaları, idman zədələri kimi səbəblərlə yarana bilər. Bu zədələrin növünü düzgün müəyyənləşdirmək, ona uyğun müdaxilə etmək sağalma müddəti və nəticə baxımından olduqca önəmlidir”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabındakı canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Nizami Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, sümük sınıqları eyni cür görünə bilər, amma onların orqanizmə təsiri fərqli olur: “Əgər zədə zamanı yalnız sümük sınır və ətrafdakı dəri toxunulmaz qalırsa, bu qapalı sınıq sayılır və daha yüngül gedişli bir haldır. Bu tip zədələrdə infeksiya riski minimumdur və müalicə daha sistemli aparılır. Lakin iç toxumalarda qanama və ya sinir zədələnməsi də ola bilər. Ona görə də bu tip zədələr də ciddi qəbul edilməlidir. Əgər sınmış sümük dəriyə qədər çataraq onu cırırsa və bəzən xaricə çıxacaq qədər irəliləyirsə, bu açıq sınıq sayılır və artıq ciddi təhlükə siqnalıdır. Belə hallarda yalnız sınığın bərpası deyil, eyni zamanda, mikrob və infeksiya ilə mübarizə də ön plana keçir”.
Nizami Məmmədov bildirib ki, açıq sınıqlar travmatologiyada təcili müdaxilə tələb edən hallardandır: “Vaxtında və düzgün şəkildə müdaxilə olunmazsa, açıq sınıq infeksiyanın sümüyə yayılması kimi ağır fəsadlarla nəticələnə bilər. Hər iki halda ilkin yardım çox vacibdir. Zədələnmiş ətraf sabit saxlanmalı, xəstə mümkün qədər az tərpədilməli və dərhal həkimə çatdırılmalıdır. Açıq sınıqlarda antiseptik tədbirlər, antibiotiklərlə infeksiya əleyhinə müalicə və bəzən cərrahi müdaxilə tələb oluna bilər. Qapalı sınıqlarda isə sınığın dərəcəsinə uyğun olaraq, gips və ya cərrahiyyə üsulları tətbiq edilir. Nəticə olaraq, sümük sınıqları, açıq və ya qapalığından asılı olmayaraq mütləq şəkildə mütəxəssis tərəfindən qiymətləndirilməlidir. Zədənin xaricdən görünməməsi onun yüngül olması demək deyil”.
Baş həkim sonda qeyd edib ki, məqsəd vaxtında müdaxilə ilə tam bərpa və uzunmüddətli fəsadların qarşısını almaqdır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

