Diplomatların qətli...
23.05.2025 [08:59]
ABŞ-İsrail münasibətlərinə təsir edəcəkmi?
İsrail səfirliyinin iki əməkdaşı Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında öldürülüb. Hadisə mayın 21-də axşam saatlarında baş verib. İsrailin Vaşinqtondakı səfirliyinin sözçüsü Tal Naim Koen bildirib ki, səfirliyin iki əməkdaşı muzeydə yəhudilərin tədbirinə qatılarkən yaxın məsafədən atəşə tutulub.
Qatil kimdir?
Şəhər polis rəisi Pamela Smit isə deyib ki, həlak olan diplomatlar kişi və qadın olub. Artıq İsrail səfirliyinin əməkdaşlarını güllələməkdə şübhəli bilinən şəxs saxlanılıb. Pamela Smitin sözlərinə görə, şübhəli şəxs Çikaqodan olan 30 yaşlı Elias Rodriqezdir. Atışmadan əvvəl onun muzeyin ətrafında dolaşdığı müşahidə edilib. Hadisə zamanı həmin şəxs dörd nəfərlik qrupa yaxınlaşaraq tapançadan iki nəfərə atəş açıb. Hücum zamanı onun “Fələstinə azadlıq!” şüarları səsləndirdiyi bildirilir. Atışmadan sonra qatil muzeyə daxil olub və mühafizəçi tərəfindən saxlanılıb.
Tramp hadisəni “antisemitizmə əsaslanan” akt adlandırıb
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda, Yəhudi Muzeyi qarşısında İsrail səfirliyinin iki əməkdaşının ölümü ilə nəticələnən hadisəni “antisemitizmə əsaslanan” akt adlandırıb. Ağ Ev rəhbəri bununla bağlı “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. “Kolumbiya Dairəsində açıq-aşkar antisemitizm motivləri ilə törədilən bu dəhşətli qətllər indi dayandırılmalıdır! ABŞ-də nifrət və radikalizmə yer yoxdur”, - deyə Tramp qətlə yetirilən diplomatların ailələrinə başsağlığı verib.
İsrail səfirliklərdə təhlükəsizlik tədbirlərini gücləndirəcək
İsrail Prezidenti İsaak Hersoq və ABŞ Dövlət katibi Marko Rubio da hadisəni pisləyiblər. İsrailin Baş naziri Binyamin Netanyahu isə bəyan edib ki, İsrail dünya ölkələrində səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndiriləcək: “Mən İsrail missiyalarının, dövlət nümayəndələrinin təhlükəsizliyinin gücləndirilməsi barədə göstəriş verdim”. Netanyahu ABŞ Prezidenti Donald Trampa və Baş prokuror Pem Bondiyə “antisemitizmə qarşı aydın mövqelərinə görə” təşəkkür edib.
Politoloq: Belə hadisələr iki ölkənin münasibətlərini pozmayacaq
Bəs sözügedən qətl hadisəsi ABŞ-İsrail münasibətlərinə mənfi təsir edə bilərmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, ABŞ-la İsrail arasında elə sağlam bağlar formalaşıb ki, iki dövlətin nəinki strateji tərəfdaş və müttəfiq, hətta bundan bir qədər də möhkəm münasibətlərinin olduğunu söyləmək olar. Onun sözlərinə görə, belə hadisələr iki ölkənin münasibətlərini pozmayacaq: “7 oktyabr 2023-cü ildə İsrailə qarşı hücumdan sonra ABŞ-ın siyasi elitasında təmsil olunan şəxslər yəhudi olduqlarını bəyan edir, İsrailə ABŞ siyasi xadimi kimi yox, yəhudi kimi gəldiklərini dönə-dönə vurğulayırdılar. Bu fakt münasibətlərin yüksək səviyyəsini açıq şəkildə göstərir”.
ABŞ-İsrail əlaqələrinə kölgə salmaq istəyən qüvvələrin də olduğunu deyən politoloq qeyd edib ki, İranın nüvə obyektlərinə ABŞ-ın dəstəyi ilə hücum etmək planlarına qarşı çıxan dairələr də mövcuddur. “Amma hesab edirəm ki, hər hansı insident, o cümlədən ABŞ-da İsrail diplomatlarının öldürülməsi iki ölkənin münasibətlərində soyuqluğa səbəb ola bilməz. Çünki münasibətlər çox dərin kök atıb. Bunun da tarixi, ideoloji, həm də biznes-korporativ əsasları var. Transmilli korporasiyalar, onların dünyada hegemon mövqeyi ABŞ-la İsrail arasında yaranan məsələlərin dinc yolla həllinə gətirib çıxarır”,- deyə İ.Hüseynov vurğulayıb.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

