Bitki mənşəli qidalarla qidalanma diabetli yetkinlərdə çəki azalmasına səbəb olur - TƏDQİQAT
24.05.2025 [16:23]
Yeni bir araşdırma göstərir ki, heyvan mənşəli məhsulların, hətta bəzi hallarda “sağlam olmayan” hesab edilən bitki əsaslı qidalarla əvəz edilməsi diabetdən əziyyət çəkən yetkinlərdə mühüm çəki itkisinə səbəb ola bilər. Məsuliyyətli Tibb üzrə Həkimlər Komitəsinin (PCRM) apardığı bu randomizə edilmiş klinik sınaq bitki əsaslı pəhrizin bu kateqoriyadakı insanlar üçün təsirli və təhlükəsiz bir kilovermə strategiyası olduğunu ortaya qoyur.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatda iştirak edən 58 nəfər diabetli yetkin təsadüfi olaraq iki qrupa bölünüb: biri kalorilər və karbohidratlar üzrə heç bir məhdudiyyət qoyulmadan az yağlı vegan pəhrizi tətbiq edən qrup, digəri isə gündəlik kalori qəbulunu azaldaraq karbohidrat qəbulunu sabit saxlayan və porsiyaya nəzarət edilən pəhrizlə qidalanan qrup olub. 12 həftəlik müddət ərzində vegan pəhrizi ilə qidalanan iştirakçılar orta hesabla 5,2 kiloqram (təxminən 11 funt) çəki itirib. Müqayisə üçün porsiyaya nəzarət edilən pəhrizdə iştirak edənlərdə əhəmiyyətli çəki itkisi qeydə alınmayıb.
Tədqiqatda pəhrizlərin təsiri “Bitki Əsaslı Pəhriz İndeksi” (PDI), onun sağlam (hPDI) və qeyri-sağlam (uPDI) alt kateqoriyaları əsasında qiymətləndirilib. “Sağlam” bitki mənşəli qidalar sırasına meyvələr, tərəvəzlər, tam taxıllar, paxlalılar, qoz-fındıq və qəhvə daxildir. “Qeyri-sağlam” bitki qidaları isə meyvə şirəsi, şəkərlə zəngin içkilər, zərifləşdirilmiş taxıllar və şirniyyatları əhatə edir. Nəticələrə əsasən, vegan pəhrizi tətbiq edən iştirakçılarda ümumi PDI və hPDI skorlarında artım müşahidə olunub, uPDI skoru isə çəkidə əhəmiyyətli dəyişikliklərlə əlaqəli olmayıb. “Sağlam” qidaların, xüsusilə paxlalıların, tam taxılların və meyvələrin istehlakı artıb, bitki yağları və qoz-fındıq istehlakı isə azalıb. Porsiyaya nəzarət edilən pəhrizdə əsas dəyişiklik yalnız tam taxılların daha çox istehlakı ilə məhdudlaşıb. Həmçinin ilkin araşdırmalar vegan pəhrizinin diabetli xəstələrdə insulin ehtiyacını azaltdığını, insulinə həssaslığı və qlisemik nəzarəti yaxşılaşdırdığını, xolesterin səviyyəsində və böyrək funksiyalarında da müsbət dəyişikliklər yaratdığını aşkara çıxarıb. Araşdırma nəticələri göstərir ki, hətta “qeyri-sağlam” hesab edilən bitki əsaslı məhsullarla belə heyvan mənşəli qidaların əvəz edilməsi diabetli şəxslər üçün daha faydalı ola bilər. Tədqiqatçılar bu nəticələrin növbəti araşdırmalar üçün əsas ola biləcəyini və diabetin idarə edilməsində bitki əsaslı pəhrizlərin potensial rolunun daha geniş şəkildə öyrənilməsinin zəruriliyini vurğulayırlar.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

