Yaponiyada gözləri elektromaqnit dalğalarından qoruyan kontakt linzalar yaradılıb
04.06.2025 [20:03]
Yaponiyalı fiziklər kontakt linzalar üçün işığı keçirən, lakin elektronika, eləcə də sənaye və tibbi cihazlar tərəfindən yaradılan elektromaqnit dalğalardan gözü qoruyan şəffaf nanoörtük hazırlayıblar. AZƏRTAC xəbər verir ki, bu barədə Vaseda Universitetinin mətbuat xidməti məlumat yayıb.
“Hazırda elektronika ilə təchiz olunmuş “ağıllı” kontakt linzaların hazırlanması ideyası geniş ictimaiyyətin diqqətini cəlb edir. Əgər bu texnologiyalar gerçəkləşsə, bu, gözlərimizin linzaların rabitə sistemləri tərəfindən yaradılan elektromaqnit dalğaların birbaşa təsirinə məruz qalacağı anlamına gəlir. Bu dalğalardan qorunmaq üçün biz ikiölçülü materiallar əsasında xüsusi örtük hazırlamışıq”, – deyə Vaseda Universitetinin professoru Takeo Miyake bildirib.
Bu problemi həll etmək üçün fiziklər adi kontakt linzaların səthinə tərkibində keçid metalları və karbon atomları olan, çox zaman isə azot, flüor və ya oksigen də ehtiva edən “maksen” adlanan ikiölçülü materiallardan hazırlanmış örtükləri tətbiq etməyə imkan verən bir yanaşma işləyib hazırlayıblar. Maksen təbəqələri qeyri-adi xüsusiyyətlərə malikdir və metallara bənzər davranış göstərir.
Yapon fizikləri titan karbid əsaslı maksen təbəqələrinin elə bir strukturu və xüsusiyyətlərini müəyyən edə biliblər ki, bu örtük görünən işığın 90 faizini keçirir, lakin “ağıllı” kontakt linzaların fəaliyyəti zamanı yarana biləcək elektromaqnit dalğaların keçməsinə mane olur. Tədqiqatçılar bu nanopörtüklə təchiz olunmuş bir neçə linzanın prototipini hazırlayıb və onların qoruyucu xüsusiyyətlərini təcrübədə yoxlayıblar.
Bu məqsədlə alimlər kontakt linzaları heyvanların gözünə yerləşdirərək maksen örtüyünün mikrodalğa şüalanması ilə necə qarşılıqlı təsir göstərdiyini müşahidə ediblər. Təcrübələr göstərib ki, bu örtük geniş tezlik diapazonunda elektromaqnit dalğalarının təxminən 93 faizini səpələyərək onları gözün torlu qişası və digər strukturları üçün daha az təhlükəli olan infraqırmızı şüalanmaya çevirir.
Fiziklərin qeyd etdiyinə görə, onların hazırladığı yanaşma maksen təbəqələrinin istənilən növ substrat və material üzərinə çəkilməsinə imkan verir. Bundan əlavə, bu materiallar yüksək biouyğunluğa malikdir. Bu xüsusiyyətlər maksenlərin yalnız kontakt linzalar üçün deyil, həm də müxtəlif növ bioelektronika, tibbi implantlar və orqanizmlə birbaşa təmasda olan digər cihazlar üçün qoruyucu örtük kimi istifadəsini mümkün edə bilər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

