Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Suriyada külli miqdarda narkotik vasitə qaçaqmalçılığının qarşısı alınıb

Suriyada külli miqdarda narkotik vasitə qaçaqmalçılığının qarşısı alınıb

29.06.2025 [15:38]

Son iki gündə Suriyanın Livanla sərhəd bölgələrində keçirilən əməliyyatlar nəticəsində 3 milyon yarım kaptaqon həbi və külli miqdarda həşiş ələ keçirilib.

AZƏRTAC Suriyanın SANA xəbər agentliyinə istinadla bildirir ki, Suriyanın Daxili İşlər Nazirliyi iyunun 27-də əl-Cəracir sərhəd bölgəsində təxminən 3 milyon kaptaqon həbinin və 50 kiloqram həşişin müsadirə edilməsi barədə məlumat yayıb.

İyunun 28-də isə Livanla sərhəd olan Nəbək bölgəsində 500 min kaptaqon həbi, 500 həşiş bağlaması və 165 kiloqram marixuana müsadirə edilib. Qeyd edilir ki, narkotik vasitələr yük maşınında ölkəyə daxil olub. Suriya DİN bu işlə əlaqədar iki nəfərin saxlandığını bildirib.

Paylaş:
Baxılıb: 277 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31