Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Sudanda mədənin çökməsi nəticəsində 50-dən çox insan ölüb

Sudanda mədənin çökməsi nəticəsində 50-dən çox insan ölüb

29.06.2025 [21:19]

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, çökən mədən uzaq bir səhra bölgəsində yerləşir.

Qeyd olunur ki, Huveyd bölgəsində bu ilin aprel ayında da bir çox insanın yaralanması ilə nəticələnmiş oxşar hadisə baş vermişdi.

Qurbanların yaxınları və insan hüquqları sahəsində fəallar bu faciənin səbəbləri ilə bağlı təcili və müstəqil istintaqın başlanmasını, ənənəvi mədənçilik sahəsində əmək mühitinin tənzimlənməsini, axtarış-qazıntı fəaliyyətlərinə nəzarətin gücləndirilməsini, habelə bu ucqar bölgələrdə mühafizə və xilasetmə vasitələrinin təmin olunmasını tələb ediblər.

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31