Almaniyada bu ilin ən isti günü qeydə alınıb
03.07.2025 [10:26]
Almaniya Meteorologiya Xidməti (DWD) iyulun 2-də ölkə üzrə rekord istilərin qeydə alındığını açıqlayıb. Lakin günün sonunda bir çox bölgədə güclü şimşək və leysan yağışları müşahidə olunub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Reynland-Pfalts əyalətindəki Andernax hava stansiyasında 39,3 dərəcə ölçülüb. Bu, ölkədə cari il üzrə ən yüksək temperatur olub. Saksoniya-Anhalt bölgəsindəki Tangerhütte-Demker şəhərində 39,2, Bavariyadakı Kitsingen şəhərində isə 39,1 dərəcə temperatur qeydə alınıb.
Brandenburq və Saksoniya əyalətlərinin sərhədində geniş ərazidə meşə yanğını daha da genişlənib. Ərazi əvvəllər hərbi təlim zonası olduğu üçün partlayıcı maddələrlə çirklənmiş hesab olunur ki, bu da yanğının söndürülməsini çətinləşdirir.
Ölkənin qərb hissəsində - Şimali Reyn-Vestfaliya ərazisində isə güclü leysan baş verib. Əyalətin qərbində güclü yağışlar selə səbəb olub. Hava şəraiti nəqliyyatın, o cümlədən dəmir yolunun hərəkətində ciddi maneələr yaradıb. Emsland, Norden və Emden şəhərlərinin əhalisinə hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib.
Qeyd edək ki, Almaniyada indiyədək istilik rekordu 2019-cu il iyulun 25-də Şimali Reyn-Vestfaliya əyalətindəki Tönisvorst və Duysburq-Baerl stansiyalarında qeydə alınıb - 41,2 dərəcə.
Meteoroloqların proqnozlarına görə, cümə axşamı Almaniyada mərkəzi bölgələrdən cənub-şərqə doğru hərəkət edən yağışlı hava müşahidə olunacaq. Cənub və cənub-şərqdə isə günün sonuna doğru qasırğalı hava şəraiti gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

