Filippin hərbi dəniz bazalarını təkmilləşdirəcək və yenilərini tikəcək
03.07.2025 [22:54]
Filippin ölkə ərazisində yerləşən hərbi bazalarını təkmilləşdirmək və yenilərini tikməklə dənizdəki hərbi mövqelərini gücləndirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, “Defense news” nəşri bu barədə Filippin Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Roy Vinsentə istinadla məlumat yayıb. Admiralın sözlərinə görə, bazalar təkcə yeni gəmilər üçün deyil, həm də köhnə gəmilər üçün nəzərdə tutulacaq.
Manila 2040-cı ilədək əsas gəmiçilik zolaqlarında donanmanın mövcudluğunu gücləndirməyi və bazalardakı infrastrukturu təkmilləşdirməyi hədəfləyir. Hakimiyyət orqanları bu məqsədlə Palavan əyalətində yerləşən Balabak adasında Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin müştərək bazasında işləri sürətləndirir.
Ümumilikdə isə Hərbi Dəniz Qüvvələri komandanlığı Filippin arxipelaqının qərb və şimal-şərq sahillərindəki strateji mövqelərdə 28 hərbi baza və kiçik forpost yaratmaq istəyir. Onlardan ən böyüyü Subik buxtasındakı hərbi dəniz bazası və Hərbi Dəniz Qüvvələrinin Mindanao adasındakı dəstək bazasıdır.
Qeyd edək ki, son illərdə Hərbi Dəniz Qüvvələrini gücləndirən Filippin freqatlar, sahil patrul gəmiləri, yüksəksürətli döyüş katerləri, radarlar və raket sistemləri alır.
Xatırladaq ki, Çin və ASEAN üzvləri - Filippin, Malayziya, Bruney və Vyetnam Cənubi Çin dənizindəki Spratli adaları üzərində ərazi mübahisəsi edir. Bəzi regional ölkələrlə müttəfiq olan Birləşmiş Ştatlar Çinlə mübahisədə onların mövqeyini dəstəkləyir.
“The Washington Post” qəzetinin məlumatına görə, 2019-cu ildə Cənubi və Şərqi Çin dənizlərindən 7,4 trilyon dollarlıq ticarət axını keçib. Çinin ticarətinin təxminən 80 faizi bu dənizlərlə bağlıdır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

