Araşdırma: Gecə işığına məruz qalma ürək-damar xəstəliyi riskini artırır
08.07.2025 [07:57]
Flinders Sağlamlıq və Tibb Tədqiqat İnstitutu və onların Böyük Britaniya və ABŞ-dakı beynəlxalq tərəfdaşları tərəfindən aparılan yeni araşdırma gecə saatlarında parlaq işığa məruzqalmanın insanın sirkadiyalı ritmlərini pozmaqla beş əsas ürək-damar xəstəliyinin inkişaf riskini müəyyən dərəcədə artırdığını göstərib.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatçılar sirkadiyalı ritmlərin qan təzyiqi, ürək dərəcəsi, trombosit aktivləşməsi, hormon ifrazı və qlükoza mübadiləsi kimi həyati funksiyalara təsir etdiyini qeyd edirlər. Bu ritmlərin uzunmüddətli pozulması isə heyvan və insan modellərində miokard fibrozuna, hipertoniyaya, iltihaba və vegetativ disbalansa səbəb ola bilər. UK Biobank veriləri əsasında aparılan genişmiqyaslı perspektivli kohort araşdırması çərçivəsində 2013-2016-cı illərdə 88 min 905 iştirakçıya bir həftə ərzində bilək əsaslı işıq sensorları taxılıb. İştirakçıların orta yaşı 62,4 ± 7,8 il olub və 56,9 faizi qadınlardan ibarət olub. Araşdırma çərçivəsində gecə və gündüz işığına məruz qalma ilə 2022-ci ilin noyabrına qədər Milli Səhiyyə Xidməti tərəfindən qeydə alınan yeni koronar arteriya xəstəliyi, miokard infarktı, ürək çatışmazlığı, atrial fibrilasiya və insult diaqnozları arasında əlaqələr qiymətləndirilib. Məruzqalma səviyyəsi ilə xəstəlik riski arasında doza-cavab əlaqəsi müşahidə edilib. Gecə işığına yüksək dərəcədə məruz qalan (90-100-cü faizdə yerləşən) fərdlər, koronar arteriya xəstəliyi üçün 23-32 faiz, miokard infarktı üçün 42-47 faiz, ürək çatışmazlığı üçün 45-56 faiz, atrial fibrilasiya üçün 28-32 faiz və insult üçün 28-30 faiz daha yüksək risk daşıyırdılar. Əlaqələrin gücü həyat tərzi faktorları (fiziki aktivlik, siqaret, alkoqol istifadəsi, pəhriz, yuxu müddəti), sosial-iqtisadi status və genetik risklər kimi amillərə nəzarət edildikdən sonra da davam edib. Qadınlarda koronar arteriya xəstəliyi və ürək çatışmazlığı ilə daha güclü assosiasiyalar, daha gənc iştirakçılarda isə ürək çatışmazlığı və atrial fibrilasiya ilə daha güclü əlaqələr müşahidə olunub.
Tədqiqat müəllifləri qeyd edirlər ki, süni işığın səbəb olduğu sirkadiyalı ritm pozuntusu metabolik və damar sistemində pozğunluqlara səbəb olaraq ürək-damar xəstəlikləri üçün risk faktorlarını gücləndirə bilər. Bu proseslərə qlükoza tolerantlığının pozulması, endotel disfunksiyası, ateroskleroz, tromboembolik hadisələrin artması və miokard hipertrofiyası daxildir.
Müəlliflər, həmçinin qeyd edirlər ki, evlərdə, xəstəxanalarda və şəhər mühitində sirkadiyalı uyğunluğa əsaslanan işıqlandırma siyasətlərinin tətbiqi, yuxu saatlarında parlaq işığın məhdudlaşdırılması ilə birlikdə, mövcud ürək-damar profilaktikası strategiyalarına effektiv və praktik əlavə ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

