Yeni Zelandiya iqlim dəyişikliyi fonunda dövlət mənzil siyasətini yenidən nəzərdən keçirir
16.07.2025 [20:19]
Yeni Zelandiya hökuməti təbii fəlakətlərdən sonra daşınmaz əmlakın satın alınması ilə tez-tez məşğul olur. Çünki iqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava hadisələri daha intensiv və ardıcıl baş verir, hökumət isə onun nəticələrinin aradan qaldırılmasına son illərdə milyardlarla dollar xərcləyir.
Lakin hökumət indi iqlim dəyişikliyinin təsirləri ilə mübarizə çərçivəsində daşqınlar və sürüşmələrdən zərər çəkmiş ev sahiblərinə maliyyə yardımını dayandırmağı düşünür.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Yeni Zelandiyanın Baş naziri Kristofer Lukson bu həftə “Radio New Zealand” dövlət radiosuna müsahibəsində hökumətin insanları bu cür xilas etməyə davam edə bilməyəcəyini bildirib.
Onun şərhləri cənub adasının bəzi hissələrində bu ay daşqınlardan sonra təmizlənmə başlanması zamanı verilib və səlahiyyətlilərin dediyinə görə, bu proses təxminən 800 evə təsir edib. Çərşənbə günü hökumət daşqından zərər çəkmiş fermerlərə, müəssisələrə və meşə təsərrüfatı sahiblərinə 356,700 dollar təzminat ödədiyini açıqlayıb.
“Climate Sigma” iqlim mərkəzinin məlumatına görə, 2060-cı ilə qədər dəyəri təxminən 7,4 milyard dollar olan azı 14,500 ev minimum bir dağıdıcı daşqından təsirlənə bilər ki, bu da hər il təqribən 300-400 yaşayış obyekti deməkdir.
Maliyyə yardımının başa çatması 20 illik keçid dövrünü nəzərdə tutur ki, bu da dövlət dəstəyinin azalacağı gözləntisi fonunda qiymətlərin tənzimlənməsinə imkan verəcək.
Həm Yeni Zelandiyada, həm də Avstraliyada siyasətçilər, tədqiqatçılar və əmlak ekspertləri uzun müddətdir xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi ilə bağlı mənzil alıcıları tərəfindən qiymətlərin nəzərə alınmaması risklidir. Ətraf Mühit Nazirliyinin hesabatı tövsiyə edir ki, elanlara təbii fəlakətlərin potensial təsiri haqqında daha çox məlumat daxil edilsin ki, ev sahibləri köçmək və ya qalmaqla bağlı xərclər barədə öz qərarlarını verə bilsinlər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43

