Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16.07.2025 [21:23]

Gürcüstan Rusiyadan deportasiya edilmiş Ukrayna vətəndaşlarının sərhəddən keçməsinə icazə vermir. Həmin şəxslərin ölkə üçün təhlükə yaratdığı və onların müvafiq sənədlərinin olmadığı bildirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan-Rusiya sərhədindəki “Daryal” keçid məntəqəsinin sərhəd nəzarəti rəisinin müavini Luka Paataşvili məlumat verib.

Onun sözlərinə görə, əsasən həbsdən azad edilən 80-ə yaxın Ukrayna vətəndaşı Rusiyadan Gürcüstan vasitəsilə ölkələrinə getmək istəyib, lakin onlar sərhəddən buraxılmayıblar.

Bildirilir ki, bu şəxslərin əksəriyyəti xüsusilə ağır, o cümlədən adamöldürmə, adamöldürməyə cəhd, zorlama və narkotiklə əlaqəli cinayətlərdə ittiham olunanlardır.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, əgər Moldova bu şəxslərin öz ərazisindən keçməsinə icazə versə, Gürcüstan onların ölkələrinə qayıtmasına kömək edəcək. Qərb mediası isə Moldovanın qeyd olunan şəxslərin öz ərazisindən keçməsinə icazə verməməsinə dair məlumat yayıb.

Paylaş:
Baxılıb: 315 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31