Si Cinpin ŞƏT Xarici İşlər Nazirləri Şurası iclasının iştirakçılarını qəbul edib
16.07.2025 [21:59]
İyulun 16-da Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ŞƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Pekində səfərdə olan xarici işlər nazirləri və təşkilatın daimi orqanlarının yüksəkvəzifəli şəxsləri ilə görüşüb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Si Cinpin ŞƏT-in yarandığı gündən keçən 24 il ərzində Pekinin ardıcıl olaraq “Şanxay ruhu”na sadiq qaldığını və təşkilatın yüksək fəallıq nümayiş etdirməklə yanaşı, getdikcə daha yetkin və güclü olduğunu qeyd edib.
O bildirib: “Çin həmişə ŞƏT-i qonşu ölkələrlə diplomatiyada prioritet hesab edir, təşkilatın daha praqmatik və güclü olmasına, regional təhlükəsizliyin, sabitliyin lazımi qaydada təmin edilməsinə, üzv dövlətlərin inkişafı və rifahının təşviq edilməsinə, ortaq gələcəyə malik daha yaxın icmanın qurulmasına səy göstərir”.
O əlavə edib ki, Çin ötən ilin iyulunda ŞƏT-ə sədrlik edəndən bəri ölkə çoxlu sayda tədbir keçirib və əməkdaşlığı inkişaf etdirib, bütün tərəflər ŞƏT üçün gözəl ümumi evin birgə qurulması istiqamətində qətiyyətli addımlar atıb.
Bu ilin sentyabrında Çinin Tyantszin şəhərində keçirilməsi planlaşdırılan ŞƏT-in Zirvə görüşü barədə danışan Si Cinpin əlavə edib ki, təşkilatın gələcək inkişafını birgə müzakirə etmək üçün tədbirdə digər üzv dövlətlərin liderləri ilə görüşməyə ümid edir.
ÇXR Sədri vurğulayıb ki, dünyanın dəyişikliklər və sarsıntılar yaşadığı indiki şəraitdə ŞƏT diqqət mərkəzində və inamlı olmalı, səmərəli fəaliyyət göstərməli, dünyaya daha çox sabitlik və müsbət enerji gətirmək üçün daha fəal rol oynamalıdır.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

