Köçəri qarışqaların qida rejimi öyrənilib
23.07.2025 [11:16]
2020-ci ilin yayında braziliyalı tədqiqatçılar Para ştatının sahil şəhəri olan Braqansa yaxınlığında işləyirdilər. Alimlər təsadüfən laboratoriyalarının yaxınlığında bir neçə gün ardıcıl olaraq Labidus coecus növünə aid qarışqaların qidalandığını müşahidə ediblər.
AZƏRTAC xəbər verir ki, bu həşəratlar bir neçə milyon fərddən ibarət koloniyalarda yaşayır və bir çıxış zamanı 30 mindən çox qurbanı məhv edə bilirlər. Onlar əsasən onurğasızlara, yəni digər həşəratlara və xırda buğumayaqlılara hücum edirlər. Lakin öz iştahları ilə qida ehtiyatlarını tükətməmək üçün L. Coecus və digər oxşar qarışqa növlərinin koloniyaları köç edərək yem axtarışı yerlərini dəyişirlər. Bu səbəbdən də bu qarışqaları "köçəri" adlandırıblar.
L. Coecus növü ilə bağlı maraqlı cəhət ondan ibarətdir ki, onların tısbağa balalarını — həm yumurtadan çıxmış, həm də hələ qabıq içində olanları — ovladıqları qeydə alınıb. Bu qarışqalar həm yerin üzərində, həm də altında yem axtarır. Onların yeraltı koloniyaları müvəqqəti yuvadan yüzlərlə metr uzağa qədər uzana bilər. Köçəri və gizli həyat tərzinə görə onların qida rasionunu öyrənmək çətindir. Buna görə də braziliyalı bioloqlar fürsətdən istifadə edərək L. coecus üzərində eksperiment aparıb onları bəsləyiblər.
Eksperiment zamanı təqdim edilən menyu üç hissədən ibarət idi. Tədqiqatın müəllifləri yerli bazardan təzə dana əti, balıq və alma alıblar (almanı xırda hissələrə bölüb bal ilə qarışdırıblar). Daha sonra hər cür yem nümunəsini filtr kağızının üzərinə qoyaraq qarışqaların yem axtardığı yerlərin yaxınlığına yerləşdiriblər. Təcrübə 31 iyuldan 1 avqustadək yeddi dəfə təkrarlanıb. Müşahidələrin nəticələri “Biotropica” jurnalında dərc olunub.
Ümumilikdə mütəxəssislər 2713 işçi qarışqanın yem nümunələrinə maraq göstərdiyini qeydə alıblar. Onlardan yalnız 256-sı şirniyyata (alma və bal), 186-sı isə balığa meyl edib. Qalan 2271 qarışqa dana ətinə üstünlük verib ki, bu da müşahidə edilən fərdlərin təxminən 84%-ni təşkil edir. Qarışqaların bu seçimi alimlərin ehtimallarını təsdiqləyib — yırtıcı köçəri qarışqalar, onurğasızlardan əlavə, onurğalı heyvanların ətini də sevirlər.
Başqa bir sual isə budur: niyə sınaqdan keçirilən digər, eyni dərəcəli qidalı yeməklər diqqətdən kənarda qalıb? Tədqiqatçılar hesab edirlər ki, balıq ona görə populyar olmayıb ki, qarışqalar təbii mühitdə belə bir qida ilə demək olar ki, qarşılaşmır. Üstəlik, kimyəvi tərkibinə görə dana əti onların ənənəvi ovuna daha çox bənzəyir.
Digər qarışqalar üçün cəlbedici olan alma və bal isə çox güman ki, L. coecus növünün xoşuna gəlmir. Digər tərəfdən, fərdlər qidaya ehtiyacın az olduğu mərhələdə idilər.
Dana ətinə maraq bu həşəratların az tədqiq olunmuş başqa bir qida vərdişinə — nekrofagiyaya işarə edə bilər. Qarışqalar ləng varlıqlardır, buna görə də leş onlar üçün ucuz və dəyərli enerji mənbəyinə çevrilə bilər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

