Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyada əlverişsiz hava şəraiti fəsadlar yaradıb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar yaradıb

25.07.2025 [14:53]

İtaliyanın şimalında yağıntılı, cənubunda isə isti hava şəraiti müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, ölkənin şimal regionlarında əlverişsiz hava şəraiti fəsadlar törədib. Aramsız leysan yağışları nəticəsində Treviso bölgəsində çaylar məcrasından çıxıb, torpaq sürüşməsi ilə əlaqədar Val Passiria əyalətinin yolu bağlanıb.

Mülki müdafiə qüvvələri Alto Adiqe bölgəsində köməksiz qalan insanları xilas ediblər. Kampobasso, Palermo və Peskarada qırmızı, Lombardiya, Piedmont, Veneto və Alto Adiqe bölgələrində isə sarı hava xəbərdarlığı elan olunub. Qeyri-sabit hava şəraitinin növbəti günlərdə də davam edəcəyi bildirilib.

Ölkənin cənub bölgələrində isə isti hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə kiçikmiqyaslı meşə yanğınları baş verib.

Paylaş:
Baxılıb: 300 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31