Çində Mərkəzi və Cənubi Asiya ölkələrinin XV Ticarət Yarmarkası açılıb
15.08.2025 [16:37]
Çindəki Kaşqar Beynəlxalq Sərgi Mərkəzində “Qarşılıqlı əlaqə, qarşılıqlı yardım və qarşılıqlı fayda - birgə məsləhətləşmə, tikinti və faydaların bölüşdürülməsi” devizi altında keçirilən XV Mərkəzi və Cənubi Asiya Ticarət Yarmarkasının rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, Sincan-Uyğur Muxtar Vilayətinin Kaşqar Prefekturasının Administrasiyası tərəfindən təşkil olunan tədbirdə Çinin müxtəlif regionlarından, eləcə də Mərkəzi və Cənubi Asiya ölkələrindən nümayəndələr iştirak ediblər. Bu il Pakistan və Qırğızıstan tədbirdə qonaq ölkə fəxri statusu alıb.
Yarmarkanın 40 min kvadratmetr olan sərgi sahəsi üç əsas zonaya bölünüb: investisiya əməkdaşlığı, beynəlxalq və daxili ticarət.
Ekspozisiya bir neçə tematik sahələri əhatə edir: rəqəmsal və yüksək texnologiyalar, aerokosmik informasiya sahəsi və yeni enerji mənbələri, kənd təsərrüfatı və heyvandarlıq, toxuculuq və istehlak malları, mədəni turizm və açıq hava avadanlıqları, tikinti materialları və interyer, həmçinin avtomobil sənayesi.
Biznes proqramının formatı “10+1+2” - on sənaye işgüzar görüşü, bir investisiya sazişinin imzalanması mərasimi və qonaq ölkələrlə iki ixtisaslaşdırılmış görüş olaraq təyin edilib. Yarmarkanın mədəni hissəsi “5-də 1” konsepsiyası ilə təqdim olunur. Konsepsiyaya immersiv teatr tamaşası, tematik ekspozisiya, genişmiqyaslı rəqs quruluşu, qeyri-maddi mədəni irs yarmarkası və Mərkəzi Asiya ölkələrinin incəsənət sərgisi daxildir.
2005-ci ildə əsası qoyulan Kaşqar Ticarət Yarmarkası Çinin Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq, Avropa ölkələri ilə iqtisadi-ticari əlaqələrinin gücləndirilməsi üçün əsas platformalardan birinə çevrilib. Bu tədbir mövcud olduğu müddətdə 56 ölkə və regiondan, 38 mindən çox müəssisədən nümayəndələr cəlb edib və bağlanmış sövdələşmələrin ümumi həcmi 480 milyard yuanı ötüb. Bu gün Kaşqar Ticarət Yarmarkası miqyasına görə Sincanda “Avrasiya Ekspo” sərgisindən sonra ikinci yeri tutur və “Bir kəmər və yol” təşəbbüsü çərçivəsində regional əməkdaşlıq üçün ən nüfuzlu platformalardan biri hesab olunur.
Qeyd edək ki, tədbir avqustun 17-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30

