Boliviyada sosialist hakimiyyəti sona yaxınlaşır
19.08.2025 [11:52]
Avqustun 17-də Boliviyada prezident seçkiləri keçirilib. Qeyd edək ki, prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri yetərli səs toplaya bilmədiyi üçün iki aydan sonra seçkilərin ikinci turu keçiriləcək. İlk turda yüksək faizli səslə önə çıxan liberal siyasətçi - senator Rodriqo Pas Pereyra və Boliviyanın keçmiş prezidenti, mühafizəkar baxışları ilə tanınan Xorxe Quiro ikinci turda bir-birinə rəqib olacaqlar. Ali Seçki Məhkəməsinin səslərin hesablanması??? nəticələrinə dair məlumatında qeyd olunur ki, seçkilərin birinci turunda namizədliyi Xristian Demokrat Partiyası tərəfindən irəli sürülən Rodriqo Pas 32,08 faiz, Azadlıq və Demokratiya Partiyasının namizədi Xorxe Quiro 26,94 faiz, Birlik Partiyasının namizədi Samuel Doria Medina isə 19,93 faiz səs toplayıb. S.D.Medina öz məğlubiyyətini etiraf etdiyi üçün seçkilərin ikinci turunda iştirak etməyəcək. Xüsusi olaraq vurğulayaq ki, Boliviyanın seçki qanunvericiliyinə görə, birinci turda qalib gəlmək üçün namizədin mütləq səs çoxluğu (50 faiz + 1) və ya 40 faiz səs toplaması lazımdır, bu şərtlə ki, ən yaxın rəqibdən fərq 10 faizdən çox olsun. Namizədlərdən heç biri tələb olunan bu səsi toplamadığı üçün oktyabrın 19-da seçkilərin ikinci turu keçiriləcək.
Boliviyada yeni siyasi dövr
Boliviyada iyirmi üç illik sosialist hakimiyyət artıq öz dövrünü başa vurur. İqtidar partiyası - Sosializm Hərəkatı Partiyasının namizədi Eduardo del Kastillo 5 faizdən aşağı - 3,15 faiz səs toplayıb. Digər solçu namizəd Androniko Rodriqez isə 8,11 faiz səs əldə edib. Ölkənin hazırk? prezidenti Luis Arce xalq arasında siyasi reytinqi aşağı düşdüyü üçün seçkilərdə iştirak etməyib. Boliviyada uzun müddət ərzində hakimiyyətdə olan solçu qüvvələrin son seçkilərdə ağır məğlubiyyətə düçar olması bir sıra səbəblərlə bağlıdır. Ölkədə iqtisadi-sosial böhran hökm sürür - bu da insanların sosial rifahına ciddi şəkildə təsir göstərib. Uzun müddətdir ki, sadə boliviyalılar yanacaq çatışmazlığı, ərzaq məhsullarının qıtlığı, işsizlik və yüksək inflyasiyadan əziyyət çəkirlər. Məhz bu iqtisadi problemlər səbəbindən Boliviya vətəndaşlar? siyasi rejimi dəyişmək qərarına gəliblər.
Ölkə rəhbərliyinə yeni namizədlər nə vəd edir?
Rodriqo Pas Pereyra Boliviyanın prezidenti seçiləcəyi təqdirdə ölkədə dövlət strukturlarının mərkəzləşdirilməsi, sərfəli kredit proqramının tətbiq olunması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, ixrac və idxal məhdudiyyətlərin?? aradan qaldırılması, o cümlədən vergi və rüsumların azadılması istiqamətində islahatlar həyata keçirəcəyini vəd edib. Siyasətçi Boliviyanın Cənubi Amerika Ümumi Bazarına inteqrasiyasının tərəfdarıdır. Rodriqo Pas Pereyranın rəqibi Xorxe Quiro isə bəyan edib ki, hakimiyyətdə olacağı zaman onun ilkin prioriteti büdcə kəsirini azaltmaq, dövlət şirkətlərini özəlləşdirmək, dövlət xərclərini ciddi şəkildə tənzimləmək, əhalinin sosial problemlərdən xilası üçün iş yerlərinin sayını artırmaq və azad biznes mühitini inkişaf etdirmək olacaq.
Xarici siyasət
Yeni siyasi qüvvələrin hakimiyyəti dövründə Boliviyanın xarici siyasətində ciddi dəyişikliklər gözlənilir. Rodriqo Pas Pereyra öz çıxışlarında bəyan edib ki, onun xarici siyasətdə ilkin addımı ölkəsinin ABŞ və Braziliya ilə münasibətlərini genişləndirmək olacaq. O, prezident Luis Arce hökumətini Boliviyanın xarici siyasətini yalnız Rusiya və İranla əlaqələrlə məhdudlaşdırdığına görə tənqid edib. Xorxe Quiroya gəlincə, o, Rusiyanın Cənubi Amerikada siyasi və iqtisadi təsirinin artmasını qəbuledilməz olduğunu və ölkəsinin BRİKS ilə münasibətlərinə yenidən baxılmasını zəruri hesab edir. Xorxe də ABŞ-la münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır. Qeyd edək ki, Cənubi Amerikanın 4 ölkəsi - Braziliya, Venesuela, Paraqvay və Boliviya Rusiya ilə çox yaxın münasibətlərə malik olan ölkələr kimi tanınırlar. Moskva bu ölkələrlə bir sıra iqtisadi sazişlər imzalayıb və rus şirkətləri sözügedən ölkələrdə mühüm enerji və investisiya layihələri həyata keçirirlər. Son on - on beş il ərzində Rusiya bu dörd ölkə ilə diplomatik-siyasi və iqtisadi-ticari münasibətlər kontekstində Cənubi Amerikada kifayət qədər öz təsir imkanlarını artırıb. Ekspertlər hesab edirlər ki, Boliviyada ABŞ-a yaxınlığı ilə seçilən yeni siyasi qüvvələrin hakimiyyətə gəlməsi Rusiyanın regionda nüfuzuna ciddi zərbə vuracaq. Ona görə ki, Venesuela və Paraqvayda da eyni siyasi proseslərin baş verməsi gözlənilə bilər.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

