Yupiterin yaranma sirri aşkar edilib
30.08.2025 [14:55]
Yaponiyanın Naqoya Universiteti və İtaliyanın Milli Astrofizika İnstitutunun fizikləri ilk dəfə göstəriblər ki, Yupiterin formalaşması xondrulların (meteoritlərdə tapılan ərimiş maddədən ibarət kiçik sferik hissəciklər) yaranmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, tədqiqat “Scientific Reports” jurnalında dərc olunub.
Xondrullar diametri 0,1–2 millimetr olan kiçik dairəvi damcılardır və 4,5 milyard ildən çox əvvəl yaranıblar. Onlar asteroid və kometlərin daxilində “sızdırılmaz” şəkildə saxlanılır, Yerə isə yalnız meteoritlər vasitəsilə çatırlar. Alimlər onları onilliklər boyu araşdırsalar da, yaranma mexanizmi hələ də sirr olaraq qalırdı.
“Kiçik planetlər yüksək sürətlə toqquşanda, onların daşlarında olan su ani olaraq buxara çevrilirdi. Buxar genişlənərək mini partlayış effekti yaradır və ərimiş daş materiallarını mikroskopik damcılara parçalayırdı. Elə bu damcılar da xondrullar kimi qalır və bu gün tapdığımız meteoritlərdə mövcuddur”, - deyə Naqoya Universitetinin professoru Siniti Sirono bildirib.
Nəzəriyyənin yoxlanması üçün tədqiqatçılar Yupiterin böyüməsini modelləşdiriblər və onun cazibə qüvvəsinin su ilə zəngin cisimlərin toqquşmasını necə sürətləndirdiyini izləyiblər. Məlum olub ki, proses meteoritlərdə müşahidə olunan xondrulların xüsusiyyətlərini ideal şəkildə təkrarlayır. Həmçinin nəticələr göstərir ki, xondrulların formalaşmasının pik dövrü Yupiterin nəhəng ölçülərə çatdığı vaxt, yəni Günəş sisteminin yaranmasından təxminən 1,8 milyon il sonra baş verib.
Xondrullar müəyyən mənada planetlərin formalaşma mərhələlərini göstərən “zaman möhürü” kimi qəbul edilə bilər. Alimlər qeyd edirlər ki, tapılan xondrullar arasında yaş fərqliliyi göstərir ki, oxşar proses yalnız Yupiterin deyil, digər nəhəng planetlərin (Saturn) formalaşması zamanı da baş verib.
Alimlərin sözlərinə görə, bu iş planetlərin yaranma tarixini təyin etməyin yeni yolunu təqdim edir və Günəş sisteminin necə inkişaf etdiyini anlamağa kömək edir. Ehtimal olunur ki, oxşar proseslər digər ulduzlar ətrafında da baş verir və bu, ekzoplanet sistemlərinin formalaşmasının “tarixinə pəncərə açır”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

